TOP 10

Mbodj Bordinlə bağlı ona suallar verilməsini istəmədiyini açıqladı: "Top düz başıma gəlir, mən də qol vururam"

Futbol
Tarix: 2020-02-16 22:36

"Neftçi"nin legioneri Mamadu Mbodj Premyer Liqanın XVII turunda "Keşlə"yə 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra Sport24.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, seneqallı müdafiəçi fikirlərinə bu mövsümdə ilk qolunu vurduğu görüşü dəyərləndirməklə başlayıb.

 

- Olduqca vacib oyun idi. "Keşlə" çox güclü rəqibdir. Tam olaraq oyuna kökləndik. Nəticəni də özünüz gördünüz.

 

- Bu uğurlu oyunlar seriyasının davamı gələcəkmi? "Qarabağ"la xal fərqiniz 8-ə bərabərdir. Çempionatın sonuna da hələ var. Fərqi aradan qaldıra bilərsinizmi?

- Təbii ki, məqsədimiz "Qarabağ"a çatmaqdır. Hər oyunda qələbə qazanmaq üçün hər şey edəcəyik.

 

- Qış fasiləsindən sonra mütəmadi olaraq oynamağa başlamısan. Hətta, bu gün qol da vurmusan. Bunun bir səbəbi var - Roberto Bordin. İtaliyalı mütəxəssisin gedişinə ən çox sevinən sən olmalısan?

- Onu deyə bilərəm ki, Bordin məni "Neftçi"yə gətirən insanlardan biri idi. Yəni, o, dedi ki, mən ona lazımam. Bordinlə heç bir problemim yox idi. Sadəcə bu, seçim məsələsidi. O, başqa futbolçuları seçirdi. Hərdən bir mən də oynayırdım. Aramızda şəxsi problem yox idi. Mənə tez-tez Bordin haqqında suallar verirlər. İstəmirəm ki, mənə belə suallar verilsin.

 

- Bəs, Bordinin gedişinə məyus oldun?

- Bu suala cavab verməyəcəm.

 

- Baş zərbəsi ilə qol vurdun. Müdafiəçisiniz, amma növbəti dəfə fərqləndin. Özünüzü necə hiss edirsən?

- Əlbəttə ki, qola görə sevinirəm. Bu ,sırf işim deyil. Amma qollarım komandaya kömək edirsə, onda mən təbii ki, xoşbəxtəm. Burada bəxt amili də var. Küncdən zərbələrə çıxıram, top düz başıma gəlir, sonra da qol vururam. Amma  qol vurmaq sırf işim deyil.

 

 

CBCsport
01 Aprel 2020
31 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL