TOP 10

İstanbula gediş-gəliş bileti qazanan “Neftçi” azarkeşi bəlli oldu

Futbol
Tarix: 2020-02-16 22:19

“Neftçi”nin sponsoru “Türk Hava Yolları”nın dəstəyi ilə İstanbula gediş-gəliş bileti qazanmaq üçün “Keşlə” ilə matçın fasiləsində 5 azarkeşin iştirakı ilə penalti yarışı təşkil olunub. Sport24.az xəbər verir ki, zərbələri daha dəqiq yerinə yetirən Hüseyn Cabbarlı 1-ci yeri tutub. 


Qalibə mükafatı “Türk Hava Yolları”nın Bakı bürosunun rəhbəri Seyfullah İlyas təqdim edib. 


2-ci yerin sahibi Alim Allahverdiyev isə “Buta Qlobal Enerji Tekstil”dən hədiyyə kuponu qazanıb. Allahverdiyevə mükafatı şirkətin marketinq meneceri Səməd Nəsibov verib.


Digər 3 iştirakçı - Səbuhi Vəlizadə, Hafiz Nəbiyev və Kamran Əliyev “Park Cinema”nın kinoteatrlarından illik bilet əldə ediblər.

CBCsport
01 Aprel 2020
31 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL