TOP 10

Azərbaycan cüdoçuları İspaniyadan 9 medalla qayıdır

Cüdo
Tarix: 2020-02-17 10:00

İspaniyada yeniyetmə cüdoçular arasında keçirilən Avropa kuboku başa çatıb. Sport24.az xəbər verir ki, beynəlxalq turnirin ikinci günündə millimiz hesabına daha üç medal yazdırıb.
 

Oğlanların mübarizəsində Nahid İsmayılov (73 kq) bütün rəqiblərini məğlub edərək Avropa kubokunun qızıl medalını qazanıb. 81 kq çəki dərəcəsində yarışan Əlirza Şıxəlizadə yalnız final görüşündə uduzaraq gümüş medala sahib olub. Qızların yarışında isə Aytac Qardaşxanlı (57 kq) bürünc medala layiq görülüb.


Beləliklə, Azərbaycan cüdoçuları Fuengirola turnirində ümumilikdə 2 qızıl, 4 gümüş və 3 bürünc medala sahib olublar. Millimiz oğlanlar arasında medalların əyarına görə 1-ci yeri, ümumu komanda hesabında isə 2-ci yeri tutub. 


Qeyd edək ki, İspaniyada 23 ölkədən 500 cüdoçu (297 oğlan, 203 qız) mübarizə aparıb.

CBCsport
28 Mart 2020
27 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL