TOP 10

Elmar Baxşıyev: “Oyun planında komandadan razıyam”

Futbol
Tarix: 2020-02-16 18:43

"Qış fasiləsindən sonra nəticələrimiz alınmır. Lakin oyun planında komandadan razıyam. Sadəcə, yenilərə müəyyən vaxt lazımdır ki, uyğunlaşsınlar". Sport24.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Səbail"ə 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra mətbuat konfransında deyib. 


40 yaşlı mütəxəssis bildirib ki, məğlubiyyətlər müdafiəçilərlə bağlı yox, komanda şəklində müdafiə oluna bilməmələri və İbrahima Niassenin yerini doldura bilməmələri ilə bağlıdır: "Yenilər gec qoşulduqları üçün hələ oyunumuzu tapmamışıq. İlk gündən hücum futbolu oynamağa çalışmışıq. Fəlsəfəmiz budur. 90 dəqiqə ərzində müdafiədə oturmaq və bir hücuma bel bağlamaq da olmaz". 


Baxşıyev Kamal Umudlunun rəhbərlik etdiyi hakimlər briqadasının işini normal qiymətləndirib: "Sadəcə, öz oyunçularıma iradım var. Öz konsentrasiyalarını itirir və lazımsız vərəqələr alırlar".

CBCsport
01 Aprel 2020
31 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL