TOP 10

“Qarabağ”ın yubiley qolu Zubirlə gəldi

Futbol
Tarix: 2020-02-16 18:07

“Qarabağ” Azərbaycan çempionatları tarixində 1200-cü qolunu vurub. Sport24.az xəbər verir ki, bu, Premyer Liqanın 17-ci turunda baş verib.


“Zirə” ilə oyunadək hesabında 1195 qol olan Ağdam klubu 6:0 hesabı ilə qalib gəlib. Səfərdə vurulan 5-ci top tarixə 1200-cü kimi düşüb. Yubiley qoluna 61-ci dəqiqədə Abdullah Zubir imza atıb.


Xatırladaq ki, “Qarabağ”ın ilk qolu 1992-ci ildə Sabirabad “İnşaatçı”sı ilə ev matçına təsadüf edib. Hesabı açan Mehman Alışanov həm klubun, həm də ölkə çempionatları tarixinin ilk qolunun müəllifi olub.

CBCsport
01 Aprel 2020
31 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL