TOP 10

Koçuk 50-yə çatdı

Futbol
Tarix: 2020-02-16 17:45

“Sabah”ın futbolçusu Yevgeni Koçuk Azərbaycan Premyer Liqasında 50-ci oyununu keçirib. Sport24.az xəbər verir ki, bu, mövsümün 17-ci turuna təsadüf edib.


“Sumqayıt”la səfər matçına (2:1) qədər hesabında 49 oyun olan moldovalı yubiley görüşündə forma geyinib.


“100”ü yarılayan legioner Premyer Liqada 2017/18 mövsümündə debüt edib. Həmin vaxt “Səbail”in formasını geyinən futbolçu 13 matçda 2 qol vurub. Ötən mövsüm bu klubda 22 qarşılaşmaya çıxan Koçuk 4 dəfə rəqib qapısına yol tapıb. Cari çempionatın ilk yarısında “Səbail”də keçirdiyi 12 görüşdə 1 qola sevinən moldovalı bu klubda cəmi 47 oyun keçirib və 7 qol vurub. Qış fasiləsində “Sabah”a üz tutan Yevgeni yeni komandasında 3 oyunda iştirak edib.

CBCsport
01 Aprel 2020
31 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL