TOP 10

İsayev əvvəlki oyunlarını göstərmədikləri ilə razılaşmadı, 1-2 matça ən yaxşı formasında olacağını açıqladı: "Bizim günümüz deyildi, vəssalam"

Futbol
Tarix: 2020-02-16 13:31

"Sumqayıt" qış fasiləsindən sonra ilk məğlubiyyətini gözlənilmədən evdə "Sabah"dan 1:2 hesabıyla aldı  Komandanın yaxşı oyununu göstərə bilmədiyi bu matçdan sonra aparıcı futbolçularından olan Aleksey İsayev Sport24.az-ın əməkdaşının suallarını cavablandıırb. 

- Məğlubiyyətin əsas səbəbini nədə görürsən?

- Bilmirəm. Hələ təhlil etməmişik. Edəndən sonra müəyyənləşdirəcəyik.

 

- Hər halda, ilkin təəssüratlar olmamış olmaz...

- Heç bir ilkin təəssüratlar yoxdu. Oyunu uduzduq, udmalı idik. Analiz edəcəyik, işimizi davam etdirəcəyik.

 

- Niyə qalib gələ bilmədiniz? Komanda yalnız son dəqiqələrdə qələbəyə istəkli oynadı. Bunadəksə parlaq oyununuzu görmədik...

- Bilmirəm. İlk hissədə topu saxlayırdıq, oyuna nəzarət edirdik. Sadəcə, rəqib komanda yaxşı müdafiə olunurdu. Həmişə olduğunu edirdik. Qollar buraxdıq, hansıları ki buraxmalı deyildik. Sonda isə rəqibi sıxaraq qələbə qazanmağa vaxt çatmadı. 

 

- Ola bilər ki, qış fasiləsindən sonra uğurlu start nəticəsində bir qədər arxayınlıq, rəqibi qiymətləndirməmə vardı?

- Əlbəttə ki, yox. Belə şey ola bilməz. Bütün rəqibləri ciddi qəbul edirik. Burda zəif komanda yoxdu. Yaxşı formadayıq. Sadəcə, bizim günümüz deyildi, vəssalam.

 

- Kənardan belə görünürdü ki, "Sumqayıt"da əvvəlki,  həmin aqressiv oyunu yox idi....

- Yenə öz futbolumuzu oynayırdıq. top saxlayırdıq. Sadəcə, rəqib yaxşı müdafiə olunurdu. Onu yara bilmirdik, bu, bizdə alınmadı.

 

- Ən yaxın izləyiciniz "Zirə"nin evdə "Qarabağ"a 0:6 hesabıyla uduzmağınızdan xəbəriniz vardı? Vardısa, bu nəticəni necə qarşıladın?

- Oyun günüm olanda, digər matçların nəticələrini izləmirəm. bilmirəm. Növbəti günün matçlarını isə izləyəcəm.

 

- Növbəti gün isə turnir cədvəlində sizdən irəli olan "Neftçi" ilə "Keşlə" görüşür. Əsas rəqiblərinizin duelində hansı nəticəni gözləyirsən?

- Açığı, mənim üçün fərqi yoxdu. Oyundan oyuna gedirik, hər növbəti matçı düşünürük. Gərək özümüz hər görüşdə qalib gələk, başqalarının nəticələrinə baxmaq mənlik deyil.

 

- Hazırkı karyerandan nə dərəcədə razısan?

- Futbol oynayıram. Həyatda ən çox sevdiyim şey budu, bunu da edirəm. Hazırda yaxşı formadayam. Düzdür, ən yaxşı formada olduğumu deyə bilmərəm. Fikrimcə, 1-2 oyuna buna nail olacam. Futbol oynayıram, bundan zövq alıram. Əsas budu, turnir cədvəlinə isə baxmıram. 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

 

 

 

CBCsport
01 Aprel 2020
31 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL