TOP 10

Abbasov məğlubiyyətə görə günahkar axtarmadı, oyunlarını bərbad saymadı: "Nə etmişik ki, arxayınlaşma olsun..."

Futbol
Tarix: 2020-02-15 19:37

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın XVII turunda "Sabah"a evdə 1:2 hesabıyla uduzduqları görüşdən sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, gənc mütəxəssis ilk olaraq oyun haqda danışıb.

 

- Əlbəttə, önəmli həftə idi. Ən yaxın izləyicilərimizdə xal fərqini artıra da bilərdik, yuxarı pillələrə yaxınlaşa da. Təəssüf ki, alınmadı. Rəqib son vaxtlar kompakt oynayır. Bu gün fərqli sistemlə oynadılar. Görünür, bizi yaxşı analiz etmişdilər. Bəzi futbolçularımızn ilk dəqiqələrdən oyununun alınmamasının da  təsiri oldu. Belə də olur. Hər matçda yaxşı oynamaq olmur. Dərs çıxarmağa çalışacağıq.  

 

- "Sumqayıt"da bu gün qələbə istəyini görmədik. Aryaxınlaşma var idi, yoxsa...? 

- Nə etmişik ki arxayınlaşma olsun... Bir qələbədən sonra arxayınlaşırıqsa, bu, zəifliymizdi. İnanıram ki, futbolçularımızda bu, yox idi. Rəqib fərqli oynadı. Çox qapanması işimizi çətinə saldı. Bütün komandayla müdafiə olundu, qolları da əks-hücumlarda vurdular. Əsas odur ki, bu zəif oyunumuz son olsun. 

 

- Futbolçu üçün stabilik yaxalaması vacibdi. Bunun olmamağına görə kimdi günahkar - futbolçular, yoxsa məşqçi heyəti? 

- Burda günahkar axtarmayaq. Böyük komandalarda da belə oyun olur, böyük futbolçularda da səhvlər olur. Oyunumuza bərbad deməzdim. Məğlub olsaq da, həmişə futbolçularımızın arxasındayam. Əsas işimiz növbəti matça psixoloji durmaq hazır etməkdi.

 

- Ən yaxın izləyiciniz "Zirə"yə yenilgisi futbolçulara təsiri edə bilərmi?

- Bu gün 4-cü pilləyə təkcə "Zirə" namizəd deyil. "Sabah" da xal fərqini azaltdı, işimizi çətinə saldı. Çoxu Zirədəki hesabı bilmiridk. Hücumlarımızl istənilən səviyyədə qura bilmədik. Əsas bundan sonradı.

 

 

 

 

MEHMAN SÜLEYMANOV 

 

 

CBCsport
01 Aprel 2020
31 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL