TOP 10

Sopiç komandasını "Barselona"yla müqayisə etdi: "Adı olub, meydanda heç nə verməyən oyunçu nəyimə lazımdı?"

Futbol
Tarix: 2020-02-15 19:26

"Sabah"ın baş məşqçisi Jelko Sopiç Premyer Liqanın XVII turunda "Sumqayıt"ı səfərdə 2:1 hesabıyla məğlub etdikləri matçdan sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, xorvatiyalı mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib.

 

- Bu gün 70-75 dəqiqə çox gözəl oynadıq. "Barselona" deyilik ki, 90 dəqiqəni yüksək səviyyədə keçirək. "Sabah"da işlədiyim vaxtda ən yaxşı oyunlarımızdan biri idi. Oyun sistemini dəyişdik rəqibə görə. "Sumqayıt"a topla çox oynamağa imkan verməməli idik. Bizə lazım olan 3 xalı qazandıq.

 

- Uğurlu əvəzləmə etdiniz. Qollarda yaxından iştirak edən Ulus Diallonun sol cinah müadfiəçisi kimi uğurlu olacağını gözləyirdiniz? Ona yenə bu mövqedə şans vermək fikrindəsiniz?

- Həmişə oyunun gedişatını izləyirisən. İlk hsisədə hiss etdik ki, "Sumqayıt"a qarşı sol cinahımızdan yaxşı istifadə edə bilərik. Diallo çox mükəmməl oynadı. Ancaq digər sonradan meydana çıxanlar haqda bunu deyə bilmərən. Kim məşqlərdə özünü ən yaxşı tərəfdən göstərəcək, o da oynayacaq. Bu dəfə əsas heyətimizdə gənclər 3 idi, sabah bu, 5 ola bilər.

 

- Cəzalıları əvəzləyənlər sizə bir siqnal verdilərmi ki, əsas heyətdə yenə oynaya bilərlər? Yoxsa millimizin üzvləri Bəhlul Mustafazadəylə Təmkin Xəlilzadə yenə əsas heyətdə yer alacaqlar?

- Mənim üçün bütün futbolçular eynidi. Adı olub, meydanda heç nə verməyən oyunçu nəyimə lazımdı?

 

MEHMAN SÜLEYMANOV

 

 

 

 

 

CBCsport
01 Aprel 2020
31 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL