TOP 10

Zaur Həşimov: “Azarkeşlərin istefaya çağırmasını normal qəbul edirəm”

Futbol
Tarix: 2020-02-15 17:08

Azərbaycan Premyer Liqasında XVII turun “Zirə” – “Qarabağ” (0:6) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Zaur Həşimov jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı əvvəlcə görüş barədə fikirlərini bildirib:


- Geniş danışası bir şey yoxdu. Pis olan odu ki, böyük hesabla uduzduq və evdə. Təəssüf ki, mübarizəsiz təslim olduq. Ən böyük problem budu. Turnir cədvəlinə baxanda hazırda 5-ciyik, kubokda isə yarımfinal oynayacağıq. Təsim olmaq fikrimiz yoxdu. Bu oyuna görə hansı tədbirlər lazımdısa, komandanın içində özümüz görəcəyik.


- Komandanız son 2 oyunda 3 dəfə “qırmızı” ilə cəzalanıb və bunların ikisi birbaşa olub. Belə intizamsızlığa səbəb nədi?
- Bu, ən böyük problemdi. Yəqin ki, qələbə istəyi çoxdu. Hər iki matçdan əvvəl belə söhbətimiz olub. Elə mövqedəyik ki, hər an irəli gedə və geri düşə bilərik. Bu da uşaqları təzyiq altında saxlayır. Ancaq nə olur-olsun, ona rəvac vermir ki, bu qədər çox cəzalanan olsun.


- Azarkeşlər sizi istefa verməyə çağırırdı...
- Azarkeşin istefa tələb etməsi normaldı. Onlar qələbə gözləyirlər. Səhv etmirəmsə, “Zirə”də 14-cü oyunumuz idi, 4-cü dəfə uduzduq. Təslim olmayacaq və sona kimi mübarizə aparacağıq. Azarkeşlərin istefaya çağırmasını normal qəbul edirəm. Çünki qələbə gözləyirlər. Onlara deyəsi bir söz yoxdu.

CBCsport
01 Aprel 2020
31 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL