TOP 10

Dario Federiko ruhdan düşmür, futbolu gözlənilməz zarafat hesab edir: "Uğursuzluq zolağını qırıb aktivimizə 3 xal yazmaq istəyirik ki..."

Futbol
Tarix: 2020-02-16 10:00

Dario Federiko matçın nəticəsini təkbaşına həll edə bilən futbolçudu. Eyni zamanda, braziliyalı yarımmüdafiəçi ən qeyri-sabit oyunçular kateqoriyasına aiddir. Başqa sözlə, əhval-ruhiyyə insanı. 29 yaşlı vinger Sport24.az-a müsahibəsində qış fasiləsində baş tutmayan transfer, Roberto Bordinlə münasibətləri və qızıl medallar şanslarına toxundu.

 

- Türkiyənin təlim-məşq toplanış komandayla deyildin. "Neftçi"dən ayrılacağın gözlənilən idi. İsrailin hansı klubunun maraq dairəsinə düşmüşdün və transfer niyə uğursuz oldu?

- Bəli, tamamilə doğrudu. Həqiqətən, qış toplanışı ərəfəsində menecer vasitəsilə bəzi yaxşı təkliflər aldım. Bununla əlaqədar menecerim "Neftçi" rəhbərliyi ilə əlaqə saxladı. Danışıqların sonuna qədər Bakıda qalacağımı qərara aldılar. Yeni komanda ilə razılığa gəlməsəydim, onda Antalyaya gedəcəkdim. Danışıqlar gözləniləndən daha uzun sürdü və komanda yoldaşlarıma qoşula bilmədim. İndi danışıqlar apardığımız klubların adını çəkmək düzgün olmaz. Müxtəlif səbəblərə görə transfer alınmadı. 


- İtaliyalı baş məşqçinlə aranızda hansı fikir ayrılıqları var ki, o da səni hətta təlim-məşq toplanışına aparmaq istəmirdi?
- Bordinlə heç bir problemim yox idi. Bütün məşqçilər heyəti ilə çox yaxşı münasibətim var idi. Yuxarıda dediyim kimi, yalnız mövcud təkliflər səbəbindən Antalyaya getmədim.
 

- "Qarabağ" a qarşı görüşdə heç də pis təsir bağışlamırdın. Doğrudanmı, təlim-məşq toplanışında iştirak etməməyin kondisiyalarına təsir etmədi?
- Təlim-məşq toplanışına getməməyimə baxmayaraq, gündə iki dəfə məşq etdim. Bu ya fərdi məşq idi, ya da əvəzedici heyətlə hazırlaşırdım. Kondisiyamı itirməmək üçün daim üzərində çalışırdım. Füzuli Məmmədov "Qarabağ" la görüşdə mənə əsas heyətdə etimad göstərdi və komanda üçün faydalı olmağa çalışdım.

 

- Turnir cədvəlində vəziyyət belədir ki, "Keslə"yə uduzacağınız təqdirdə 3-cü pilləyə enəcəksiniz. Bundan əlavə, bu mövsüm Tərlan Əhmədovun komandasını məğlub edə bilməmisiniz. Bu, əlavə təzyiq ola bilərmi?
- "Keşlə" ilə bizi çox çətin matç gözləyir. Demək istərdim ki, Azərbaycan çempionatında ümumiyyətlə, sıradan oyunlar olmur. Bütün rəqiblər bizə qarşı xüsusi köklənirlər. "Keslə" ilə qarşılaşmaya maksimal konsentarsiya ilə hazırlaşırıq. Yalnız qələbə barədə düşünürük və aktivimizə 3 xal yazacağımıza inanırıq.

 

- Başqa bir xoşagəlməz fakt - qış fasiləsindən sonra "Neftçi" qələbə qazana bilməyən iki komandadan biridi...
- Bəli, iki matçda qış fasiləsindən sonra cəmi 2 xal qazandıq. Uğursuzluq zolağını qırıb aktivimizə 3 xal yazmaq istəyirik ki, bundan sonra qələbə seriyasına başlayaq. Çempionatdakı vəziyyəti normal hesab edirəm. Fasilə zamanı bütün komandalar güclənib. Bu səbəbdən Premyer Liqanın qalan oyunları daha maraqlı və barışmaz mübarizə şəraitində keçəcək.

 

- "Qarabağ"la xal fərqiniz artır...
- Futbol gözlənilməz zarafatdı."Qarabağ"dan 8 xal geri qaldığımıza baxmayaraq, ruhdan düşmürük. Hər oyuna maksimum hazırlaşırıq və sonadək mübarizə aparacağıq.

 

CBCsport
01 Aprel 2020
31 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL