TOP 10

Qazzayev məşhurlaşdırdığı Balayevin özünə layiqli komanda tapacağına şübhə etmir: "Qazaxıstanda istənilən klubu gücləndirər, Avropada da ən yaxşı keyfiyyətlərini göstərər"

Futbol
Tarix: 2020-02-15 14:15

Ötən ilin qış fasiləsində Azərbaycan Premyer Liqasından Qazaxıstan Premyer Liqasına futbolçumuz transfer oldu. Bu, "Səbail"dən "Tobol"a keçən Emil Balayev idi. Millimizin də üzvü olan 25 yaşlı qapıçının keçidini isə məşhur rusiyalı mütəxəssis Valeri Qazzayevin oğlu, həmin vaxt Kostanay təmsilçisinin baş məşqçisi olan Vladimir Qazzayev reallaşdırdı. 39 yaşlı bu çalışdırıcı keçən mövsümün ortasında "Tobol"dan gedəsi olsa da, Emil sonadək qalaraq "1 nömrə" kimi uğurlu çıxışını sürdürdü. Məlumdur ki, artıq Balayev də bu kluba bağlı deyil, erməni baş məşqçi Qriqori Babayanın gəlişindən sonra müqaviləsini qarşılıqlı razılıqla pozaraq hazırda sərbəst futbolçudu, özünə yeni klub axtarır.

 

Əlaqə saxladığımız Qazzayevlə Balayev haqda danışdıq. Suallarımızı məmnuniyyətlə cavablandıran rusiyalı gənc mütəxəssis Sport24.az-a müsahibəsinə karyerasında müsbət planda rol oynadığı, məhurlaşdırdığı Emil haqda fikirlərini söyləməklə başladı. 

 

- Balayevin özünə layiqli komanda tapacağına şübhə etmirəm. Çünki "Tobol"da çıxış etdiyi dövrdə özünü çox yaxşı tərəfdən göstərib. İlk gündən Emildə böyük potensial, böyük istedad görürdüm. Bunun həqiqətən belə olması əməldə də təsdiqini tapdı. Emil öz perspektivini, istedadı yetərincə göstərirdi. Çox zəhmətkeş qapıçıdı. Buna görə ona karyerasında yaxşı artımın olmasını arzulayıram. 

 

- Emil "Tobol"a yeni gəlmişdi ki, bir matçda rəqib futbolçunu cərimə meydanına aldatmaq istəyərkən topu ona hədiyyə etdi və nəticədə qapısında qol gördü. Ancaq siz bir çox həmkararınızdan fərqli olaraq qapıçını bu səhvinə görə ehtiyata göndərmədiniz, ona güvənməkdə davam etdiniz. Bu qərarınızı necə şərh edərdiniz?

- Balayevdə böyük perspektiv görürdüm. Bundan daha çox bilirdim ki, məsuliyyətli insandı, intizamlı oyunçudu. Onunla danışdıq, həddən çox fərdi söhbətlərimiz olurdu. Emilə izah edirdim ki, nəyi etmək olmaz, belə oyun epizodlarında ən yaxşısı nəyi etmək lazımdı. Buna görə o, hər şeyi başa düşdü və daha sonra ümumiyyətlə, heç bir problemsiz oldu. Hesab edirəm ki, səhv buraxmayan futbolçu yoxdu. Hesab etdim ki, Emilə yenidən şans verməklə ona özünəinam vermək lazımdı. Məncə, bu, onun artımında həlledici faktor rolunu oynadı. Hesab etmirəm ki, bir səhvə görə kardinal dəyişiklik etmək lazımdı. Çünki Balayevin "Tobol"a gəlişi faktiki olaraq sırf mənim təşəbbüsüm idi. Onda perspektiv gördüyümdən hər şeyin uğurlu alınacağına şübhə etmirdim.  

 

- Balayevin artıq xeyli vaxtdı klubsuz qalmağı sizin üçün gözlənilməz deyil?

- Mənə bu haqda danışmaq çətindi. Çünki yəqin ki, Emilin agenti var və ona ən yaxşı variant axtarır. Bu üzdən qapıçının hazırda klubsuz olduğunu şərh etmək mənə hardasa çətindi. Bilmirəm vəziyyət necədi...

 

- Sizcə, o,  bir qapıçı olaraq Qazaxıstanın digər klublarına yararlı ola bilər?

- Hesab edirəm ki, Emil ötən mövsüm Qazaxıstan çempionatında minimum ən yaxşı qapıçılardan biri olduğunu göstərdi. Buna görə təbii ki, bir futbolçu, qapıçı olaraq səviyyəsinə görə bu ölkədə istənilən klubu birmənalı gücləndirər. 

 

- Balayev daha çox Avropada karyera qurmağa çalışır, Belçikada, Skandinaviya ölkələrində variantları var. Sizcə, daha yuxarı səviyyəli çempionatda çıxış etməyə hazırkı potensialı imkan verir?

- Niyə də yox? Onu artıq yetərincə formalaşmış qapıçı olduğu sayıram. Çox yaxşı səviyyəyə malikdi. Bu üzdən şübhə etmirəm ki, hansısa kluba gedərsə, hansısa çempionatı çıxış edərsə, ən yaxşı kefiyyətlərini göstərəcək. 

 

- Maraqlıdı, "Tobol"dan gedəndən sonra Emilin çıxışını izləmisiniz? Bəlkə yollarınız kəsişib, yazışmısınız?

- Yox. "Tobol"da sonra onunla ünsiyətim olmayıb.

 

- Yeni bir klubda baş məşqçi olsanız, yenidən Emillə birgə işləmək istərdiniz?

- (gülür) Gəlin, bu qədər irəli getməyək. 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
01 Aprel 2020
31 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL