TOP 10

Region Liqasında 2 aylıq fasilə bitir: 10 matç 4 gündə, "Şahdağ"lar Sumqayıt səfərində

Futbol
Tarix: 2020-02-15 12:00

Bu gün Region Liqasında 2 aylıq qış fasiləsi başa çatır. Sport24.az xəbər verir ki, ən çox - 8 komandanın olduğu Paytaxt və Şimal zonasında IX, qalan 3 zonada X turun matçları keçiriləcək. 

 

Dörd gün ərzində keçiriləcək bu ilin ilk turu Beyləqanda start götürəcək. Muğan derbisində yerli "Mil" İmişinin eyniadlı təmsilçisini qonaq edəcək. "Şamaxı" evdə son pillənin sahibi "Araz"a qalib gəlməklə lider "Ağsu Siti"ylə xal fərqini azaltmaq imkanına malikdi. Ağsu təmsilçisi bu turda istirahət edir.

 

Turun maraqlı matçları Mingəçevirdə və Sumqayıtda baş tutacaq. Qərb və Şimal-Qərb zonasının lideri "Energetik" əsas rəqiblərindən olan Qazax "Göyəzən"ini qəbul edəcək. Həmin zonada liderin ən yaxın izləyicisi "Şəki" bu turda istirahət edir.

 

Quba və Qusar "Şahdağ"ları bu turda Sumqayıta səfər edirlər. Ona görə "gənclik şəhəri"ndəki matçlar iki gündə keçiriləcək. Əvvəlcə burda Qusar derbisi oynanılacaq. Tura ikiqat çempion "Uğur"un Quba "Şahdağ"ıyla görüşüylə yekun vurulacaq.  

 

 

CBCsport
26 Fevral 2020
25 Fevral 2020
24 Fevral 2020
B.eÇ.aÇC.aCŞB