TOP 10

Cahangirovdan Musayevədək

Futbol
Tarix: 2020-02-15 10:00

Azərbaycan Premyer Liqasında XVII tura şərhçi təyinatları bəllidi. Sport24.az xəbər verir ki, turun açılış matçını olan "Zirə" - "Qarabağ" görüşünü Ramil Cahangirov şərh edəcək. Zirə Olimpiya Kompleksinin stadionundakı matç Bakı vaxtilə saat 15:00-da başlayacaq. Bundan sonra, saat 17:00-da "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Sabah" qarşılaşmasının şərhçisi Gündüz Abbasazdə olacaq. 

 

Sabah "Səbail" - "Qəbələ" oyununu Elnur Məmmədlinin şərhində izləyəcəyik. "ASCO Arena"dakı qarşılaşma saat 16:30-da başlayacaq. Saat 19:00-da "Bakcell Arena"da baş tutacaq "Neftçi" -"Keşlə" görüşündə Pərviz Musayev iş başında olacaq. 

 

 

CBCsport
11 Iyul 2020
10 Iyul 2020
B.eÇ.aÇC.aCŞB