TOP 10

“Qarabağ”dan heç-heçə, “Sabah”dan qələbə

Futbol
Tarix: 2020-02-14 16:24

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 15-ci tura yekun vurulub. Sport24.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.


“Sabah-2” səfərdə “Zirə”nin ikinci komandasını məğlub edib. 


“Qarabağ-2” isə Zaqatala səfərindən 1 xalla ayrılıb.


Birinci Divizion
15-ci tur

14 fevral


Zirə-2 – Sabah-2 1:2
Qol: Bəxtiyar Həsənalızadə, 87 – Zahid Mərdanov, 45+2-pen. Fərid Kərimzadə, 77.
Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Elmin Süleymanov, Rəvan Həmzəzadə.
“AZAL Arena”, 14:00


Zaqatala – Qarabağ-2 1:1
Qol: Sərxan Abdullayev, 79 – Musa Qurbanlı, 12-pen.
Hakimlər: Rauf Cabarov, Taleh Məmmədov, Səbuhi Əmrahov, İslam Məmmədov
Zaqatala şəhər stadionu, 14:00


Turun digər oyunları:


Kəpəz– Keşlə-2 3:3
Neftçi-2 – Sumqayıt-2 4:0
Qaradağ Lökbatan – Turan Tovuz 1:2


Qeyd edək ki, bu tur MOİK komandası istirahət edib. “Ağsu” komandası turnirdən kənarlaşdırıldığı üçün “Səbail-2” – “Ağsu” matçı keçirilməyib.

CBCsport
26 Fevral 2020
25 Fevral 2020
24 Fevral 2020
B.eÇ.aÇC.aCŞB