TOP 10

7 oğul istərəm...

Futbol
Tarix: 2020-02-14 14:25

Azərbaycan Premyer Liqasında sabah startı veriləcək XVII turu 7 futbolçu buraxacaq. Sport24.az xəbər verir ki, ən ciddi itki "Zirə"dədi. 

 

Belə ki, turun açılış matçında meydan sahibi olacaq bu komanda "Qarabağ"la matçda birdən-birə 3 futboçunun xidmətindən yararlana bilməycək. Belə ki, ötən turda qırmızı vərəqə olan yarımmüdafiəçilər İlkin Muradovla Ağabala Ramazanova hücumçu Riçard Qadze də qoşulub. Qanalı forvard cari çempionatda 4-cü sarı vərəqini alaraq cəzalı duruma düşüb. 

 

Sabah günün ikinci matçı olan "Sumqayıt" - "Sabah" görüşündə də 3 cəzalı futbolçu var. Sadəcə, bu problemi hər iki komanda yaşayacaq. "Sabah"da milli üzvləri olan müdafiəçilər Bəhlul Mustafazadəylə Təmkin Xəlilzadə vərəqə limitini aşdıqlarına görə cəzalıdırlar. "Sumqayıt"da isə çempionatımızın da bombardilərindən olan iranlı hücumçu Peyman Babayidə belə problem var. 

 

Tura yekun vuracaq paytaxt derbisində bir cəzalı futbolçu var. Bu, "Neftçi"ylə səfər matçında iştirak edə bilməyəəck "Keşlə"nin  syerra-leoneli yarımmüdafiəçisi Con Kamaradı. 

 

Turda yalnız bir matçda cəzalı futbolçu yoxdu. Bu, "Səbail" - "Qəbələ" görüşüdü. 

 

CBCsport
26 Fevral 2020
25 Fevral 2020
24 Fevral 2020
B.eÇ.aÇC.aCŞB