TOP 10

Təvazökar vətənpərvər Emil Balayev erməninin rəhbərliyi altında məşqə çıxmayıb: "Məni istəyən klub "Tobol"a 500 min dollar ödəməli idi"

Futbol
Tarix: 2020-02-14 12:20

O, uzun müddət susdu. Dünən Emil Balayevlə görüş Bakının çay evlərinin birində baş tutdu. Azərbaycan millisinin 26 yaşlı qapıçısı Football24.az-a müsahibəsində "Tobol"dan ayrılması barədə danışdı, klubsuz keçirdiyi günlər barədə məlumat verdi, eyni zamanda, Kostanay klubunun rəhbərliyinə təşəkkürünü bildirdi. 
 

 

- “Tobol"un baş məşqçisinin yaxın vaxtlarda təyin olunacağı ilə bağlı söz-söhbətlər gedişindən xeyli əvvəl baş verdi. Artıq onda gələcəyin barədə düşünməyə başladın?

- Xeyr, bu barədə düşünmürdüm. "Tobol" rəhbərliyi hər zaman mənə hörmətlə yanaşırdı. Müqaviləm baş məşqçi ilə yox, klubla idi. Buna baxmayaraq, gələcəyimi düşünmək üçün özüm üçün bir az pauza götürdüm. Tələsik nəticələr çıxarmadım. Ədalətli olmaq lazımdı - "Tobol"da açıldım, milliyə dəvətim və debütüm bu kluba keçid dövrünə təsadüf etdi. Bax, bu ani qərarlar qəbul etməməyimin səbəbi idi. Bundan əlavə, həmin vaxt tətildə idim və klub rəhbərliyi ilə heç bir əlaqəm yox idi. Vəziyyəti əvvəlcə onlarla müzakirə edib artıq bundan sonra qərar qəbul etməyi məqsədəuyğun hesab etdim.

 

- Kardinal qərarın qəbul etməyində həlledici amil nə oldu ki, Babayanla işləməyəcəyəm?

- Düşündüyüm hər şeyi "Tobol" rəhbərliyinə dedim. Onlara bəzi nüansları izah etdim və dedim ki, müqaviləni ləğv etsək, daha yaxşı olar. Saytınız vasitəsi ilə bir daha Kostanay klubunun rəhbərliyinə göstəriklərinə anlayışa görə təşəkkür etmək istəyirəm. Onlar özlərini mənim yerimə qoydular - heç bir kompensasiya tələb etmədən məni buraxdılar.

 

Geri çəkilmək. Balayev, əlbəttə ki, təvazökardır. Qapıçı ehtiyat oyunçular skamyasına yollanmağa, cərimə olunmağa hazır idi, amma  erməninin rəhbərliyi altında hətta məşqə çıxmazdı belə. Qazaxıstanda son mövsümdə işləri yüksələn xətlə gedirdi. Buna baxmayaraq, Emil fədakarlıq etməyə, karyerasını riskə atmağa hazır idi, lakin onun üçün vətənpərvərlik hər şeydən üstün idi. İnsan həyatı da xırda görünən belə şeylərdən təşkil olunub. Anatoli Banişevskini, Sergey Kramarenkonu hələ də xatırlayırlar ... Onilliklər keçəcək və bəlkə də dünyaya gəlməmişlər də bu təvazökar 26 yaşlı oğlan haqqında yazacaqlar, ondan nümunə götürəcəklər.

 

- Kuluarlarda tərəflər arasında müqavilədə kifayət qədər böyük kompensasiya məbləğinin yazılmasıyla barədə söz-söhbətlər var idi ...

- Müqavilədə belə bir bənd vardı ki,. anlaşmanın müddətində məni əldə etmək istəyən klub "Tobol"a 500 min dollar ödəməli idi.

 

- Dubaya gəlirsən və artıq bir sutka sonra reabilitasiya üçün Türkiyəyə uçursan. Bu reabilitasiya kimi yox, erməninin rəhbərliyi altındaməşqə çıxmaqdan imtina kimi görünür...

- Türkiyəyə dərhal getmədim. Bakıda dincəlirdim və Dubaya ordan yollandım. Bəli, Babayanın rəhbərliyi altında məşqə çıxmadım. Dizimdə bəzi problemlər var idi. Reabilitasiyadan keçmək lazım idi. Gəncliyimdə, yaxın gələcəkdə təsir edə biləcək bir neçə əməliyyat keçirdim. Qazaxıstanda süni qazonda oynamaq öz sözünü deməyə bilməzdi. Hələ dekabrda Türkiyəyə müayinə üçün getdim. Müayinələrdən keçdikdən sonra həkimlər bir daha Türkiyəyə qayıtmalı olduqlarını söylədilər. Vəziyyəti "Tobol" rəhbərliyinə izah etdim və müsbət cavab aldım. Dubaya gəldikdən bir gün sonra Türkiyəyə getdim və burada tam bir reabilitasiya keçdim.

 

- Dubayda reabilitasiya üçün şərait yox idi?

- Türkiyə artıq vəziyyətimi öyrənmişdilər, Birləşmiş Ərəb Əmirliklərində isə hər şey sıfırdan başlamaq lazım idi. Bu, daha çox vaxt aparacaqdı.
 

- Qriqori Babayan "Tobol" un baş məşqçisi vəzifəsinə təyin olunandan bəri hadisələrin gedişatını yaxından izləyirik. Çox ciddi klubların maraq dairəsində idin ki, saytımızın oxucularına  bu haqda mütəmadi məlumat verirdik. Hansısa mərhələdə iş dalana keçirdi. Səbəb nə idi?

- Belçikanın "Gent", "Serkl Brügge", "Mehelen", Rusiyanın "Krılya Sovetov"  klubları - bütün bu danışıqlar agentim tərəfindən aparıldı. Bunlar bu günə qədər davam edir. İndi elə mərhələdir ki, optimal variant seçməlisən. Bəli, bu klubların hər biri ilə danışıqlar aparıldı, amma haradasa şərait bizi qane etmirdi, harnsısa bir məqamda başqa bir problem yarandı. Karyeramda artım üçün mütəmadi oynayacağım komandaya keçməliyəm. Bəli, indi komandasız qalmışam, amma variantları diqqətlə nəzərdən keçiririk. Qışda Avropada qapıçı üçün yeni komanda tapmaq çox çətindir. Əksər klublar sahə oyunçuları axtarır.

 

- Bildiyimizə görə, tətil zamanı ABŞ-a səfər etməyə də imkan tapmısan. Okeanın o tayından da təkliflər var idi?

- ABŞ-da sadəcə, istirahət etdim. Bu səfərin peşəkar fəaliyyətimlə heç bir bağlılığı yox idi. 

 

- İndi iki ölkə gündəmdədir - Finlandiya və Norveç. Konkretləşdirək?

- Xeyr, hələ klubların adını çəkməyəcəm. Düşünürəm ki, bir həftə ərzində yeni komanda ilə məsələ həll olunacaq. Əlbəttə ki, Norveç reytinqiə Finlandiyadan daha yüksək yerdədir. Danışıqlar müsbət sona çatsa və seçimim olsa, Norveçə üstünlük verəcəm. "Rusenborq"? Xeyr, bu, başqa komandadır.

 

P.S. Söhbətin rəsmi hissəsinin sonunda millinin oyunlarında Balayevin qapııs qarşısında epizodların müzakirə olunduğu bir çay süfrəsi vardı. Ən ciddi ortaq məxrəc kimi iki məqamı göstərərdik: 1) onun yerli klublara qayıtması olmaz, əks halda, istedadlı əlcək sahininin artımı şübhəsiz ki, dayanacaq; 2) yeni müqavilə məsələsini uzatmaq olmaz, əks halda formasını itirə bilər.
 

P.P.S. Çox istərdim ki, bu materialla mümkün qədər çox yerli futbolçu tanış olsun və xaricdə oynamaqlarının onlara nə qədər vacib olduğunu başa düşsünlər. 

 


 

CBCsport
07 Aprel 2020
06 Aprel 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL