TOP 10

Ekşteyn oyunlarda tez-tez sürüşməyinə izah verir, Essyenin "Səbail"də olmağından şirnikləndiyini etiraf edir: "Həmin gün qızğın keçəcək..."

Futbol
Tarix: 2020-02-14 16:41

Cari mövsümdə iki komandanın heyətində qol hesabını açan ilk və hələ ki yeganə legioner Hendrik Ekşteyndi. Cənubi afrikalı bəstəboy yarımmüdafiəçi debüt mövsümünü keçirdiyi Premyer Liqamızda "Sabah"da 3 dəfə fərqləndi, qış fasiləsində keçdiyi "Səbail"də də artıq ilk qolunu vurdu. Özü də bununla yeni komandasına 5 aylıq fasilədən sonra qələbə qazandırdı."Səbail"ə Antalyada son yoxlama matçında baxımlı qolla qalibiyyət gətirən Hendrik sonrakı 1:0-ı "Keşlə"ylə səfər matçında penaltiylə gətirdi. Təcrübəli futbolçu Sport24.az-a müsahibəsində bir sıra mətləblərdən söz açıb. 

 

- Karyeranı Azərbaycanda davam etdirməyə qərar verdin. Özü də son pillədə gedən komandada. Seçimini izah edərdin...

- Çünki Azərbaycandakı oyun tərzini sevirəm. Menecerim də hazırkı baş məşqçimin (Aftandil Hacıyev-müəllif.) məni planlarına daxil etmək arzusu barədə mənə məlumat vermişdi. Ölkəmdəki komandalardan təkliflər almağıma baxmayaraq, "Səbail"i eçdim. Məncə, yaxşı komandadayam və turnir cədvəlindəki mövqeyi potensialının əksi deyil. "Səbail"  zirvəyə doğru uzun yol getmək imkanına malikdi. Məsələ sadəcə, qollar vurmağa və xallar əldə etməyə bağlıdır. Ümid edirəm ki, komandaya qoşulmağım da nəticə verməyə kömək edəcək. "Səbail"ə yalnız qollarla deyil, oyun baxımından da töhfə vermək istəyirəm.

 

- Yeni komandanın heyətində Premyer Liqada artıq 2 oyunda meydana çıxmısan. Həm komandanın, həm də öz çıxışına necə qiymət verərdin?
- Düşünürəm ki, ilk turda məğlub olsaq da, hər iki matçı yaxşı oynadıq. Sadəcə, fərq ondadır ki, "Qarabağ"la görüşdə rəqib hesabı açdı, biz isə yox.

 

- Hər iki oyununu izləyərək bir məqam diqqətimi çəkib ki, tez-tez sürüşüb yıxılırdın. Bu, süni qazona öyrəşmədiyinlə bağlıdı, yoxsa butsunda bir problem var?

- (gülür) Bəli, süni meydançaya alışmamışam.

 

- "Səbail"də qol hesabını açaraq 5 aylıq fasilədən sonra qələbə qazanırdın. Penaltidən bu qol, bu nəticə sənin üçün nə deməkdi? Maraqlıdı, penalti vurmaqla aran necədi?

- Bu, mənim və komandam üçün çox şey deməkdi. Uzun müddətdən sonra qələbə qazana bilməyimiz əhəmiyyətli idi və tərəfdarlarımızı yenidən sevindirə bildiyimiz üçün sevinirəm.

 

- Bu qələbənin davam etdirməsi baxımından növbəti turda rəqibin qış fasiləsindən sonra hər 2 matçda uduzaraq son pilləni təhvil verdiyiniz "Qəbələ"nin olması yerinə düşürmü?

- Fikrimcə, hər bir rəqib üçün hazırıq. Yaxşı komandamız və yaxşı məşqçilər heyətimiz olduğuna görə yarışmaq gücündəyik. Ancaq bu bazar günü bizim üçün asan olmayacaq. Çünki "Qəbələ" qələbə qazanmaq istəyir. Həmin gün qızğın keçəcək, çünki hər ikimiz də 3 xal istəyirik.

 

- "Sabah"la matç Hendrik Ekşteynla idman nöqteyi-nəzərdən prinsipial olacaqmı?
- Həmin gün meydanda olsam, normal futbolumu oynayacam və həmişə etdiyim kimi, sadə işləri görməyə çalışacam. Olmayan bir mövqeni sübut etmək üçün oynamayacam. Komanda üçün oynayacağam və ona maksimum xallar toplamağa kömək edəcəm.

 

- "Səbail"də ulduz Maykl Essyenlə komanda yoldaşı olmaq sənin üçün nə deməkdi?

- Essyenlə çiyin-çiyinə oynamaq mənim üçün çox şey deməkdir. Bu oğlan dünyadakı böyük komandalar və böyük oyunlar üçün oynayıb. Ona görə də onunla birgə çıxış etmək mənim üçün xəyal olaraq gerçəkləşir. Çünki bu, heç kimə nəsib olmur. Maykldan və digər təcrübəli oyunçulardan öyrənmək üçün buradayam ki, qolumuz aşağıdan yuxarı qalxsın. Onu da sizə deyim ki, yeni klubla bağlı seçim edərkən, həmçinin Essyenin "Səbail"də olmağından şirnikləndim. Bilirdim ki, onun yanında oynamaq bir futbolçu kimi inkişafıma və karyeramda mənə kömək edəcək. Axı, Maykl çoxlarının arzuladığı şeylərə nail olub.    

 

- Komandanızın bu mövsüm hədəfi nə olacaq?

- Məqsədimiz daha yaxşı mövqeyə qalxmaq üçün maksimum xal qazanmaqdı. Və bunu edəcəyik, çünki yaxşı heyətimiz var.

 

CBCsport
26 Fevral 2020
25 Fevral 2020
24 Fevral 2020
B.eÇ.aÇC.aCŞB