TOP 10

İsgəndərli məğlubiyyətləriylə bağlı qlobal problemlər axtarmağa lüzum görmür, özündə arxayınlıq olmadığını bəyan edir: "Neftçi"ylə matçda qələbə qazanmağa məcburuq"

Futbol
Tarix: 2020-02-14 10:17

"Keşlə" qış fasiləsindən sonra Qəbələ səfərindən qələbəylə dönsə də, evdə autsayderdən aldığı məğlubiyyətlə vacib 3 xal itirdi. Növbəti turda isə  bu komandanı turnir cədvəlində qonşusu olan "Neftçi"ylə səfərdə derbi matç gözləyir. Bu görüş öncəsi "Keşlə"nin aparıcı futboçularından olan Vüsal İsgəndərli Sport24.az-ın suallarını cavablandırıb. 

 

- Ötən tur gözlənilmədən "Səbail"ə məğlub oldunuz. Bu nəticəni nəylə əlaqələndirərdin?
- Düzdür, turnir cədvəlinə baxanda favorit biz görünürdük, amma "Səbail" də güclü komandadır. Bilirdik ki, çətin olacaq. Əsas odur ki, bu məğlubiyyətdən nəticə çıxarıb qarşıdakı oyunlarda 3 xal qazanaq.  

 

- "Səbail"ə məğlub olmağınızın əsas səbəbi nə idi? Düşünmürsən ki, qol epizodlarını dəyərləndirə bilmirsiniz? 
- Bizim də qol imkanlarımız oldu, rəqibin də. "Səbail"in qələbəsinə kölgə salmaq istəmirəm. Həqiqətən layiqli qələbə qazandılar. Bizdən daha çox istəkli görünürdülər. 

 

- Komanda uğursuzluq zolağında deyil?
- Belə deməzdim. Burda qlobal problem axtarmaq lazım deyil. "Səbail" də yaxşı heyətə malik bir klubdur. "Qəbələ"nı məğlub etdik, "Səbail"ə uduzduq. Qarşıda hələ turlar var. Medallar uğrunda sona qədər mübarizə aparmağa çalışacağıq. 

 

- "Qarşıda turlar var" dedin. Elə qarşıdakı tur "Neftçi"nin qonağı olacaqsınız. Bu səfər oyunundan gözləntiniz nədir?
- Çox çətin oyun olacaq. "Neftçi" ölkənin ən yaxşı klublarından biridir. Hamı bilir ki, "Qarabağ"la "Neftçi" ən güclü klublardır. Düzdür, səfərdə oynayacağıq, amma medallar uğrunda, avrokuboklara vəsiqə üçün mübariə aparırırqsa, "Neftçi"ə qarşı da oynayıb qələbə qazanmağa məcburuq. 

 

- Bu oyunda əsas üstünlüyünüz nə ola bilər?
- Rəqibin üstün və zəif cəhətlərini baş məşqçimiz iclaslarda bizə deyir. Bir klubu məğlub etmək üçün lazım olan ən əsas üstünlük istəkdir. Bu mövsüm "ASCO Arena"da "Neftçi"ni 2:1 məğlub etdiyimiz oyunda da istəyin hesabına qalib gəlmişdik. 

 

- Antalya toplanışında məşqdə qovulmağın haqda xəbərlər var idi. Nə baş vermişdi? Ümumiyyətlə, öz oyunundan razısan? 
- Bu haqda baş məşqçimiz də açıqlama verib. Yalan xəbərlər idi. Kim belə yazır bilmirəm, amma elə yazmalıdır ki, futbolçuya xələl gətirməsin. Orda mən zədə səbəbindən 3-4 məşqə çıxa bilmədim və bir yoldaşlıq oyununu buraxdım. Məncə, "Qəbələ" ilə oyunda pis oynamadım. Qol epizodlarım da oldu. "Səbail"lə görüşdə isə komanda şəklində oyunumuz alınmadı. Çalışacam növbəti oyunlarda daha yaxşı çıxış edim. Həm qol vurum, həm də qol ötürmələri edim. 

 

- Milliyə dəvət olunandan sonra sanki səndə bir arxayınlıq yaranıb...
- Allah şahiddir ki, heç bir arxayınlıq yoxdur. Əksinə, bu gün klubumda daha yaxşı olmağa çalışıram ki, millinin qarşıdakı iki yoxlama oyununa dəvət alım. Bunun üçün də çox çalışıram. Özümü sübüt etmək istəyirəm. 

 

- Legioner həyatı yaşamağınla bağlı təkliflər var idi. "Keşlə"dən getmək istəyirdin?
- Təkliflərin gəlməyi normaldır. Mən də ilk növbədə baş məşqçimlə, klubumuzun rəhbəri Zaur Axundovla məsləhətləşdim. Onlar da qalmağıma üstünlük verdilər, daha yaxşı olacağını dedilər. Fikrim hazırda sırf klubumdadı. Təkliflərin olması isə mənə əlavə motivasiya verir ki, daha yaxşı məşq edim, daha yaxşı oynayım. Bunun nəticəsində onlardan da yaxşı təkliflər gəlsin. Mən də legioner həyarı yaşamaq istərdim. Daha yaxşı təklif olsa, niyə də Azərbaycanı xaricdə təmsil etməyim?

 

 

 

 

 

FƏRƏC ASLANOV


 

CBCsport
07 Aprel 2020
06 Aprel 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL