TOP 10

Təxirə salınmış oyunların keçiriləcəyi tarix açıqlandı

Basketbol
Tarix: 2020-02-13 20:42

Basketbol üzrə Azərbaycan Super Liqasında təxirə salınmış 16-cı turun oyunlarının keçirilmə vaxtı müəyyənləşib. Sport24.az xəbər verir ki, sözügedən turun bütün oyunları fevralın 15-də baş tutacaq.

Bu barədə Azərbaycan Basketbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Oyunların hamısına Texniki Universitetin idman zalı ev sahibliyi edəcək.


Xatırladaq ki, 16-cı turun oyunları fevralın 7 və 8-də keçirilməli idi. Lakin fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərlə əlaqədar AzTU-də bir sıra tədbirlər keçirildiyi üçün turun oyunları təxirə salınmışdı.

 
12:00. Gəncə - Sərkərdə
14:00. 80-lər - Zirvə Astara
16:00. Atletik - Sıçrayış
18:00. Atom - Xırdalan


15 turdan sonra turnir cədvəlindəki vəziyyət belədi:


1. Zirvə Astara - 28 xal
2. Atom - 26
3. Sərkərdə - 23
4. Xırdalan - 22
5. Gəncə - 22
6. Atletik Baku - 21
7. Sıçrayış - 21
8. 80-lər – 14

CBCsport
07 Aprel 2020
06 Aprel 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL