TOP 10

Premyer Liqa klubunda yeni müqavilə

Dünya Futbolu
Tarix: 2020-02-13 16:00

İngiltərənin “Norviç Siti” klubu futbolçusu Aleksandr Tettinin müqaviləsinin müddətini artırıb. Sport24.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi ilə müddəti 2021-ci ilin yayına qədər olan sözləşmə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 

2012-ci ildən “Norviç Siti”də forma geyinən Tetti, bu mövsüm Premyer Liqada 19 oyunda iştirak edib. Yarımmüdafiəçi Norveç milli komandasının da üzvüdür.

CBCsport
16 Fevral 2020
15 Fevral 2020
B.eÇ.aÇC.aCŞB