TOP 10

Abdullayev U-18 yığmasından imtina edib ​- millidə işləmək arzusundadı

Futbol
Tarix: 2020-02-13 12:25

Bu gün Azərbaycan Radiosunun səhər efirinin qonağı AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov olub. Sport24.az xəbər verir ki, qurum rəsmisi canlı yayım vaxtı Elxan Abdullayevin U-18 millimizin baş məşqçi postundan imtina etdiyini təsdiqləyib: ​“Məşqçilər Komitəsi U-18 millimizə baş məşqçi namizədi kimi Elxan Abdullayevi təklif etdi. Biz də bunu qəbul etdik. Amma hələ ki qərar yoxdur. Bəli, Elxan Abdullayev dedi ki, əsas milli komandaya gələcək baş məşqçinin köməkçisi olmaq arzusundadı. Lakin biz buna hal-hazırda cavab verə bilmərik. Çünki milli komandaya gələn məşqçi öz köməkçilərini özü təyin edir. Təbii ki, yerli köməkçilər də olur. Hal-hazırda bu köməkçi Arif Əsədovdur və o işinə davam edir”.

 

 

CBCsport
16 Fevral 2020
15 Fevral 2020
B.eÇ.aÇC.aCŞB