TOP 10

“Kəpəz” yeni sponsor tapdı

Futbol
Tarix: 2020-02-13 12:36

Birinci Divizionda mübarizə aparan “Kəpəz” Peşəkar Futbol Klubu özünə yeni sponsor tapıb. Sport24.az xəbər verir ki, bundan sonra Gəncə Beynəlxalq Xəstəxanası sözügedən kluba sponsorluq edəcək.
 

Bununla bağlı tərəflər arasında müqavilə bağlanıb. Mövsümün sonuna kimi nəzərdə tutulan anlaşmanı “Kəpəz”in icraçı direktoru İlqar Nadiri ilə Gəncə Beynəlxalq Xəstəxanasının baş direktoru İlkin İsmayılov imzalayıb. Razılaşmaya əsasən, komandanın formalarında xəstəxananın adı əks olunacaq.

CBCsport
16 Fevral 2020
15 Fevral 2020
B.eÇ.aÇC.aCŞB