TOP 10

Üç milli komanda AVRO-2020-yə Bakıda hazırlaşacaq

Futbol
Tarix: 2020-02-13 11:56

“Üç ölkənin millisi AVRO-2020 üçün təlim-məşq məntəqəsi kimi Bakını təsdiqləyib”. Sport24.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov Azərbaycan Radiosunun səhər efirində məlumat verib. Bilidirib ki, sözügedən ölkələr İsveçrə, Türkiyə və Uelsdir: “Bu ölkələrin komandaları hazırlıq prosesini Bakıda keçəcəklər. Oyunlararası heç bir yerə getməyəcəklər”.

 

Məmmədov ölkəmizdə AVRO-2020-yə gedən hazırlıq prosesindən də danışıb: “Bakı AVRO-2020-yə tam hazırdır. Bu isə o deməkdir ki, belə tədbirlər birbaşa gəlir gətirəcək. Çünki biz infrasturktura sərmayə qoymayacağıq. İnfrastruktur deyəndə yalnız stadionu nəzərdə tutmuruq. Hava limanının şəraiti də yaxşı olmalıdır ki, bizdə də iki hava limanı fəaliyyət göstərir – köhnə və yeni. Avropa Liqasının finalında ikisindən də istifadə edirdik. Bu dəfə də elə olacaq. Ehtiyac olsa, bölgələrimizdəki hava limanlarından da istifadə olunacaq. Yollar, ictimai nəqliyyat, mehmanxanalar da ölkəmizdə qaydasındadır. Heç bir ciddi problem yoxdur. Amma bu o demək deyil ki, biz rahat olmalıyıq. Bütün qurumlar gücləndirilmiş iş rejimində işləyəcək”.

football24
21 Oktyabr 2020
20 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB