TOP 10

Elxan Məmmədov: "U-23 millisi yaratmağa ehtiyac yoxdu"

Futbol
Tarix: 2020-02-13 11:27

❗U-23 yaradılmayacaq

Bu gün Azərbaycan Radiosunun səhər efirinin qonağı AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov olub. Qurum rəsmisi canlı yayım vaxtı AVRO-2020 ilə yanaşı, bir çox məsələlərə aydınlıq gətirib.

 

Aparıcı İlkin Baba və Günay Tehranqızının suallarını cavablandıran Elxan Məmmədov futbol üzrə U-23 millimizin yaradılması ilə bağlı məsələyə də münasibətini bildirib və bununla bağlı konkret qərar verildiyini deyib: “İK iclasında belə bir fikir səsləndirildi. Amma bu ideya təsdiqlənmədi. Konkret mənim fikrimi bilmək istəyirsinizsə, məncə U-23 milli yaratmağa ehtiyac yoxdur. Çünki 22 ya da 23 yaşlı futbolçu əsas millidə oynamalıdır. Hal-hazırda bizim milli komandamızda hər rəsmi oyunda ən azı 2 nəfər bu yaşda futbolçu olur. Bu təklif bizim sistemə uyğun gəlmir. Onsuzda Premyer Liqada limit var. Ona görə də bu məsələ gündəmimizdə deyil”.

 

football24
18 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB