TOP 10

Türkiyə və Rusiyadan dəvət olunmuş jurnalistlər Şamaxıda media düşərgəsində

Futbol
Tarix: 2020-02-13 11:21

Şamaxıda yerli və xarici media nümayəndələri üçün düşərgə təşkil olunub. Sport24.az xəbər verir ki, tədbirdə yerli media nümayəndələri ilə yanaşı, Türkiyə və Rusiyadan da dəvət olunmuş jurnalistlər iştirak edib.

 

İki gün davam edən tədbirdə əvvəlcə Avro-2020-nin Bakıda keçiriləcək 4 oyunu, bilet satışı, təşkilatçılıq məsələləri ilə bağlı ümumi təqdimat nümayiş olunub. Daha sonra jurnalistlərdən ibarət komandalar arasında atıcılıq, bilyard, boulinq və stolüstü tennis üzrə yarışlar keçirilib.

 

Xatırladaq ki, futbol üzrə Avropa çempionatının 60 illik yubileyi münasibətilə qitə birinciliyinin oyunları 12 şəhərdə - Sankt-Peterburq, London, Münhen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda təşkil olunacaq.

 

A qrupunun 3 oyunu, həmçinin, 1/4 final mərhələsinin 1 qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək. Püşkün nəticəsinə əsasən, A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə milli komandaları yer alıb. Bakıda keçiriləcək oyunların təqvimini bir daha diqqətinizə çatdırırıq:

 

13 iyun, saat 17:00

Uels - İsveçrə

 

17 iyun, saat 20:00

Türkiyə - Uels

 

21 iyun, saat 20:00

İsveçrə - Türkiyə

 

4 iyul, saat 20:00

1/4 final oyunu

 

Futbolsevərlər euro2020.com/bakutickets keçidinə daxil olaraq, birbaşa bilet əldə edə bilər.

 

CBCsport
06 Avqust 2020
05 Avqust 2020
B.eÇ.aÇC.aCŞB