TOP 10

Ozan Can Kökçü ardıcıl 2-ci qələbənin intizarındadı: "17-18 yaşım yoxdur ki, qışqır-bağırla nəyəsə nail olum"

Futbol
Tarix: 2020-02-13 09:00

"Sabah"ın qış fasiləsinə az qalmış yeni baş məşqçisi təyin olunan xorvatiyalı Jelko Sopiçin rəhbərliyi altında Premyer Liqada ilk qələbəsini son turda qazana bildi. Düzdür, bu, "Qəbələ" ilə ev matçında çətinliklə əldə olundu. U-21 yığmamızın da üzvü olan "Sabah"ın vingeri Ozan Can Kökçü Sport24.az-a müsahibəsinə ilk olaraq Masazırda 3:2 hesabıyla qalib gəldikləri bu görüş hadqa fikirlərini söyləməklə başlayıb. 

 

- Düşünmürəm ki, "Qəbələ" bizdən üstün oynadı. Düzdür, hər iki komandanın xeyli qol epizodu oldu. Yekunda nəticə xeyrimizə oldu. Bununla da uzun zaman sonra 3 xal qazandıq. Bu bizim üçün çox vacib idi. İnşallah bu, qələbə seriyamızın başlanğıcı olar. 

 

- Rəqibin topu öz qapısına vurduğu epizodda oyundankənar vəziyyət iddiaları var. Bu haqda nə düşünürsən?

- Bəli, belə iddialar var idi. Topa toxunmamışdım və hakim qolu hesaba aldı. Bu haqda çox danışmağı düzgün hesab etmirəm. Hər halda, oyun artıq bitib və geri gətirmək mümkünsüzdür. Hakimin qərarına hörmət etməliyik. 

 

- "Zirə"ə ilə oyunda olduğu kimi, "Qəbələ" ilə görüşdə də qapınızda iki qol gördünüz. Düşünmürsən ki, müdafiədə boşluqlar var?
- Deməzdim ki, bu tək müdafiənin və ya yarımmüdafiənin səhvidi. Komandamızın öz oyun üslubu var. Biz komanda olaraq müdafiə olunur, komanda olaraq da hücum edirik. Qol buraxanda da komanda buraxır, qol vuranda da komanda vurur. Biz pressinq edəndə rəqib əks-hücuma çıxır ki, futbol da belə oynanılır. 

 

- Baş məşqçi ilə münasibətlərin necədir? "Qəbələ" ilə oyunda start heyətində meydanda olsan da, Antalya toplanışında və ilk turda "Zirə" ilə oyunda ehtiyatda qalmışdın...
- Baş məşqçi  ilə aramda heç bir problem yoxdur. Olsa, özüm gedib danışaram. Hazırda isə belə bir məsələ yoxdur. Antalyada 4 qarşılaşmadan 3-də oynadım. “Zirə”uə  qarşı oynamamağım isə baş məşqçinin qərarı idi və buna da hörmətlə yanaşmaq lazımdır. 17-18 yaşım yoxdur ki, qışqır-bağırla nəyəsə nail olum. Kifayət qədər yaşım var, peşəkar futbolçuyam. Oynamaq üçün çalışmalıyam, belə də edirəm. Buna görə də “Qəbələ”yə qarşı 90 dəqiqə oynadım. Düşünürəm ki, mənim üçün əla oyun oldu və bundan sonra da belə davam edəcəm. 

 

- Növbəti tur çətin Sumqayıt səfəri olacaq. Bu oyundan nə gözləyirsən?
- “Sumqayıt” hazırda formada olan, yaxşı kollektivə sahib komandadı. Çətin olacaq. Futbolda heç bir oyun asan olmur. Mən də komanda yoldaşlarıma güvənirəm. Əlimizdən gələni  edəcəyik. Cəzalı və zədəli oyunçularımız var. Buna baxmayaraq, onları əvəzləyəcək yaxşı oyunçularımız da var. İnşallah, yaxşı oyun göstərib 2020-ci ildə ikinci qələbəmizi qazanarıq.

 

 

 

 

FƏRƏC ASLANOV

CBCsport
07 Aprel 2020
06 Aprel 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL