TOP 10

"Sabah"ın xorvatiyalısı keçidində Sopiç amilinin rol oynamadığını açıqlayır, ilk qolunu karyerasında ən yaxşılardan sayır: "Dediyinizə nail olmaq üçün gücümüzə inanmalıyıq"

Futbol
Tarix: 2020-02-13 14:14

"Sabah"ın qış transferləri legionerlər oldu. Bunlardan ukraynalı hücumçu Marko Deviç komandanın sabiq futbolçusu kimi, paraqvatlı həmkarı Xulio Sezar Rodriges "Zirə"də çıxış etdiyindən tanış simadı. Ancaq xorvatiyalı yarımmüdafiəçi Mario Marina ölkəmizdə ilk dəfə legioner həyatı yaşayır. 31 yaşlı futbolçu Sport24.az-ın suallarını cavablandırıb.

 

- "Sabah"a keçidində həlledici amil nə oldu? Həmyerlin olan baş məşqçin Jelko Sopiç, yoxsa..?

- Yox. Əminliklə söyləyə bilərəm ki, "Sabah"a keçidimdə Sopiç amili rol oynamayıb. Çünki əvvəlki klubum "Qoritsa"da uzun müddəti çıxış edirdim və hədəfimdə yeni çağırışlar var idi. "Sabah"ın bu çağırışını böyük məmnuniyyətlə qəbul elədim.

 

- Azərbaycan Premyer Liqasında artıq 2 oyun keçirmisən. Buraya gələnə qədər fikrində olanlarla gəlib, gördüklərin üst-üstə düşdümü?

- Azərbaycan futbolu barədə o qədər də məlumatım yox idi. İlk 2 tur rəqiblərimiz olan "Qəbələ" və "Zirə" sürətli və texnikalı futbolçulara malik yaxşı komandalardı. İştirak etdiyimi bu matçlara əsasən deyə bilərəm ki, futbolunuz yaxşı səviyyədədi.

 

- Çempionatımız əvvəl çıxış etdiyin Xorvavtia və Bosniya və Herseqovina liqalarıyla müqayisədə, hansı spesifik cəhətləriylə seçilir?

- Bosniya və Xorvatiya çempionatlarında taktiki oyuna o qədər çox üstünlük verilmir. Əsas fərq məhz bununla bağlıdı.

 

-  "Sabah"da artıq qol hesabını da açmısan, buna uzaq məsafədən başla nail oldun. Maraqlıdı, karyeranda belə baxımlı qola imza atmışdın?

- (gülür) Bəli, məncə də bu qol karyeram ərzində ən yaxşılardan biri idi.

 

-  "Sabah"ın potensialını hansı yerlərdə görürsən? Çempionatdan avrokuboklara çıxmaq şansınız nə dərəcədə yüksəkdi?

- Gələcək barədə danışmağı sevmirəm. Biz komanda olaraq ən yaxşı oyunumuzu ortaya qoymalıyıq. "Sabah"ın yaxşı nəticə qazanması üçün əlimizdən gələni etməliyik. Məncə, yaxşı komandamız var. Ancaq çempionatda hansı yeri tutacağımızı zaman göstərəcək.

 

-  Növbəti turda qış fasiləsindən sonra ən yaxşı formada olan "Sumqayıt"ın qonağı olacaqsınız. Bu rəqibi necə dəyərləndirərdin və matçdan gözləntiniz nədi?

- Rəqib yaxşı komandadı və gözəl oyun sərgiləyir. Lakin biz komanda olaraq bu səfərdən qələbə ilə ayrılmalıyıq. Sumqayıtda əsas hədəfimiz budur.

 

-  "Sabah" bu çempionatda hələ ki ardıcıl 2 qələbə qazanmayıb. Təcrübəli futbolçu kimi fikirlərin maraqlıdı, komandanın nəhayət, buna nail olması ilk növbədə nə lazımdı?

- Məncə, buna nail ola bilərik. Gücümüzə inanırıq, oyundan oyuna inkişaf edirik. Fikrimcə, dediyininzə nail olmaq üçün ilk növbədə gücümüzə inanmalı və çox çalışmalıyıq.

 

 

 

MEHMAN SÜLEYMANOV

 

CBCsport
16 Fevral 2020
15 Fevral 2020
B.eÇ.aÇC.aCŞB