TOP 10

“Ayaks”dan “Çelsi”yə - 45 milyon avroluq transfer razılığı

Dünya Futbolu
Tarix: 2020-02-13 09:49

“Ayaks” daha bir ulduz futbolçusu ilə vidalaşmağa hazırlaşır. Sport24.az xəbər verir ki, Niderland nəhənginin 26 yaşlı yarımmüdafiəçisi Hakim Ziyex İngiltərənin “Çelsi” klubuna transfer olunmaq üzrədi.
 

London təmsilçisi “Ayaks”ın ötən mövsüm UEFA Çempionlar Liqasının yarımfinala qədər irəliləməsində əsas pay sahiblərindən biri olan Ziyexi transfer etmək qərarına gəlib. “The Telegraaf” qəzetinin iddiasına görə, sözügedən klublar artıq bu transferlə bağlı razılıq əldə ediblər. Razılığa əsasən, London klubu qarşı tərəfə 45 milyon avro təzminat ödəyəcək.


İddiaya görə, “Çelsi”nin baş məşqçisi Frank Lempard bu transferin qış transfer pəncərəsi dövründə həllini istəyirmiş. Lakin tərəflər razılığa gələ bilmədiyi üçün Ziyex “Ayaks”da qalıb. Mövsümün sonunda isə bu transfer üçün heç bir əngəl qalmayacaq.


Ziyex 2016-cı ilin yayında “Tvente”dən “Ayaks”a 11 milyon avroya transfer olunub. O, bu komandanın heyətində 159 oyuna çıxıb, 48 qola imza atıb, 82 məhsuldar ötürmə müəllifi olub.

CBCsport
07 Aprel 2020
06 Aprel 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL