TOP 10

Milli mənzərə - vəziyyət SOS-luq olmasa da...

Futbol
Tarix: 2020-02-13 10:18

Hazırda milli komandamıza yeni baş məşqçi təyinatı ən aktual məsələ olaraq qalır. Bunun üçün AFFA İcraiyyə Komitəsinin qarşıdakı iclasını gözləyirik ki, hadisələrin sonrakı gedişatını bilək. Hər halda, zamanı gələndə, bu məsələyə də tam aydınlıq gələcək. Buna qədərsə millimizin futbolçularının hazırkı durumuna, aparıcı isimlərin çıxışına nəzər yetirəndə, vəziyyətin ürəkaçan olmadığını görmək mümkündü.

 

Xatırlayırsınızsa, qapıçılara ayrıca yazı həsr etmişdik. Bir cümləylə onu xatırladaq ki, hazırda ən yaxşı formada olan əlcək sahibləri yığmaya 3-cü qapıçı kimi cəlb olunan, hələ də debüt etməyən milliləşdirilən dağıstanlı qapıçılar - Şahrudin Məhəmmədəliyevlə Mehdi Cənnətovdu. Yaxşı qapıçı komandanın yarısıdırsa, güclü hücumçu da komandanın əsas "vuran ayağı"dı. Bu planda qapıçı Emil Balayev kimi legioner həyatı yaşayan, klubuyla müqaviləsini pozmalı olan Ramil Şeydayev hələ də komandasızdı. 24 yaşlı forvardın yalnız fərdi məşqlərlə kifayətlənməli olması narahatlıq doğurmaya bilməz. 

 

Millimizdə debütü yalnız ötən payızda reallaşsa da, qısa vaxtda aparıcı futbolçularından birinə çevrilən mərkəz müdafiəçisi Bəhlul Mustafazadə qış fasiləsində ölkədən kənara çıxa bilmədi. "Sabah"da qalan gənc stopper son turda qalib gəldikləri matçda səhvləriylə yadda qaldı. Hər halda, yetirməsi olduğu klubla görüşdə buraxdıqları hər 2 qolda Bəhlulun "əməyi" oldu - əvvəlcə "Qəbələ"dən yaxşı tanıdığı hücumçu Ülvi İsgəndərovla hava mübarizəsində uduzdu, uzatma dəqiqələrində isə qapılarına qolla nəticələnən penaltini gətirdi. Bəhlulun klubda da birgə çıxış etdiyi millimiizn sol col cinah müdafiəçisi Təmkin Xəlilzadənin yaxşı potensialı olsa da, hazırda karyerasında yüksəliş olduğunu deyə bilmərik. Qış fasiləsindən sonra ilk tur Təmkin üçün çox uğursuz alındı, keçmiş komandası "Zirə"ylə matçda rəqibi olan Davit Volkov onu cinahda tam üstələdi.

 

Orta sahədə "Qarabağ"da olduğu kimi, millidə də "düşünən beyin" olan Riçard Almeyda artıq gözümüz qarşısında deyil. O mənada kimi, 31 yaşlı milliləşdirilən braziliyalı yarımmüdafiəçi karyerasını Asiyada davam etdirməyi üstün tutdu. Almeyda müqavilə imzaladığı "Baniyas" (BƏƏ) klubuyla təlim-məşq toplanışı keçməyərək hazırlıqsız debüt etdi və zədələndi. Bu, ciddi olmadı və yeni klubunda mütəmadi çıxış edən Almeyda hələ qol hesabını açmayıb.

 

Millidə Riçardın əvəzləyicisi kimi sayılsa da, əsas heyətdə oynamağa layiq olan "Neftçi"nin kapitanı Emin Mahmudovun hazırda ideal formada olduğunu söyləmək düzgün çıxmaz. Əvəzində onun komanda yoldaşı Namiq Ələsgərovun qış fasiləsində Antalyada yoxlama matçlarından bu yana daim əsas heyətdə yer aldığı, sol cinah vingeri kimi artıq oyun praktikası sarıdan korluq çəkmədiyi göz önündədi. Millidə bu mövqeyə əsas namizəd Ağabala Ramazanov qış fasiləsindən sonra ən uğurlu çıxış edən yığma üzvü idi, "Zirə"yə keçdikdən sonra hər iki matçda meydanı qolsuz tərk etmədi. Di gəl ki, nizam-intizam məsələləriylə bağlı əvvəldən də problemi olan 27 yaşlı bu futbolçu son turda rəqibinə qarşı aşkar kobudluq edərək birbaşa qırmızı vərəqə aldı və 2 oyunluq cəzayla canını qurtardı.

 

Şeydayev kimi son tsikldə millimizin bombardirlərindən olan Mahir Emreli nəhayət, zədə epidemiyasından qurtularaq yaxşı formadadı. Gənc hücumçu "Qarabağ"ın qış fasiləsindən sonra hələ kimi yeganə qolunun müəllifi kimi yeganə qələbəsinin əsas memarı olub, buna baxımlı qolla reallaşdırıb. Özü də Ağdam klubunun yeni transferi Ovusu Kvabena əsas heyətdə möhkəmlənəndən sonra Mahirin millidə olduğu kimi, sağ cinah vingeri kimi çıxış edəcəyi gözlənilir. Təbii ki, bunun üçün ispan Xayme Romeroyla rəqabətdən qalib ayrılmalıdı. 

 

Azərbaycandan kənarda çıxış edən milli futbolçularımızdan Dmitri Nazarovla Eddi İsrafilov klublarında mütəmadi oynasalar da, uğurlu çıxış baxımından xüsusi bir şeylə yadda qalmırlar. Dadaşov qardaşları isə qış fasiləsində klublarını dəyişəsi oldular. Rüfət Almaniyanın III Bundesliqası təmsilçisi "Proyssen"dən ayrılaraq Asiyaya baxışa yollansa da, sonda sorağı Amerikadan gəldi. Məsələ ondadır ki, vyetnamlıların bəyənmədiyi 29 yaşlı hücumçumuz ABŞ-ın II liqa təmsilçisi "Feniks Rizinq"ə keçdi. Renatı isə Portuqaliyanın yüksək liqa təmsilçisi "Pasuş de Ferreyra" icarə müqaviləsinə xitam verərək "Vulverhempton"a qaytarandan sonra başqa kluba göndəriləcəyi gözlənilsə də, qalası oldu. İngiltərə Premyer Liqa təmsilçisinin U-23 komandasının heyətində daim oynayan 21 yaşlı Dadaşov artıq xeyli fərqlənib, Beynəlxalq Premyer Liqa Kubokunda "Liverpul"a qol vurub. Təsadüfi deyil ki, "Vulverhempton" Renatın adını Avropa Liqasının 1/16 final mərhələsi üçün iştirak ərizəsinə daxil edib. Bununla da Renat bu mərhələdə fərqlənə biləcək ikinci azərbaycanlı ola bilər. 1992/93 mövsümündə Vəli Qasımov 1/16 finalda Moskva "Dinamo"bunun heyətində İtaliya "Torino"sunun qapı torunu silkələmişdi

 

MEHMAN SÜLEYMANOV

CBCsport
07 Aprel 2020
06 Aprel 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL