TOP 10

Konqo yığmasının üzvü rəsmən “Səbail”də!

Futbol
Tarix: 2020-02-12 19:00

“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, paytaxt təmsilçisi Konqo Demokratik Respublikası yığmasının yarımmüdafiəçisi Lema Mabidi Çikitonu transfer edib.
 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. O, “Səbail”də 8 nömrəli formanı geyinəcək.


Mabidi son olaraq Mərakeşin “Raca Kasablanka” klubunda çıxış edib. O, karyerası ərzində ölkəsində “AS Vita Klub” və Tunisdə “Sfaksien”in də formasını geyinib.


2011-ci ildən Konqo millisinə dəvət alan yarımmüdafiəçi yığmada 23 oyun keçirib.

CBCsport
26 Fevral 2020
25 Fevral 2020
24 Fevral 2020
B.eÇ.aÇC.aCŞB