TOP 10

Elxan Məmmədovun ÇL-nin finalıyla bağlı arzusu və onlaynla bağlı çağırışı: "Artıq 111 min bilet xarici vətəndaşlar tərəfindən alınıb"

Futbol
Tarix: 2020-02-12 12:26

"Avropa Liqasının Bakıda keçirilmiş final oyunu ilə əlaqədar 3 gün ərzində 38 min azarkeş ölkəmizə daxil oldu". Sport24.az xəbər verir ki, bunu AFFA-nın baş katibi və icraçı vitse-prezidenti Elxan Məmmədov "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" adlı tədbirdə çıxışı zamanı deyib. 

 

O, İngiltərənin "Çelsi" və "Arsenal" klubları arasında Bakı Olimpiya Stadionunda təşkil olunmuş final matçı zamanı paytaxtdakı bəzi pabların qonaqların ingilis azarkeşlər olduğunu nəzərə almadıqlarını söyləyib: "Ümid edirəm ki, Avropa çempionatı vaxtı bunu nəzərə alacaqlar. Eyni zamanda hazırda idman infrastrukturu ilə bağlı xeyli iş görülsə də, hələ məşq meydanları çatışmır".

 

Məmmədov artıq iki ildir AVRO-2020-nin hazırlıqlarına başladıqlarını diqqətə çatdırıb. O, belə tədbiri təşkil etməyə hazır olduqlarını söyləyib: "Artıq 111 min bilet xarici vətəndaşlar tərəfindən alınıb. İndidən biletləri onlayn vasitəsilə əldə etməyə çağırıram".

 

AFFA rəsmisi növbəti arzularının Bakının gələcəkdə Çempionlar Liqasının (ÇL) finalına ev sahibliyi etməli olduğunu açıqlayıb: "Avropa miqyasında 3 ən böyük futbol tədbirindən 2-nə ev sahibliyi etmək istəyimiz artıq gerçəkləşib. Bakı Olimpiya Stadionu kimi böyük arenamız var. Belə stadionda Çempionlar Liqasının finalının da təşkil ediləcəyinə inanıram" (report.az).

 

 

CBCsport
26 Fevral 2020
25 Fevral 2020
24 Fevral 2020
B.eÇ.aÇC.aCŞB