TOP 10

"Azərbaycan millisinə uduzduğumuz matç bizə düşünmək üçün çoxlu material verdi"

Futbol
Tarix: 2020-02-12 12:36

"Seçmə mərhələ çətin oldu - bəlkə də ən çətin. İndi futzalın səviyyəsi yüksəlir və bütün komandalar çox artırır. Azərbaycan milli komandası ilə oyundakı uğursuzluqdan sonra özümüzə hesabat verirdik ki, hər şey Xorvatiya yığması ilə matçdan asılı olacaq". Sport24.az xəbər verir ki, bu fikirləri Rusiya futzal yığmaısnın oyunçusu İvan Milovanov deyib. 

 

Rusiyanın "Tümen" klubunun hücumçusunun sözlərinə görə, Xorvatiyada keçirilən elt-raund mərhələsində qrup qalibi kimi dünya çempionatının final mərhələsinə birbaşa vəsiqə qazansalar da, bu, elə də asan olmayıb: "Azərbaycan yığmasından gələn bu məğlubiyyət bizi ruhlandırdı və daha da toparlandırdı. Hamı görüşün əhəmiyyətini başa düşdü. Axı, xorvatlarla heç-heçə olsaydı belə, dünya çempionatından kənarda qalardıq. Ancaq pis barədə düşünmədik, gücümüzü bilridik və əlimizdən gələni etməliydik. Və vəzifəni yerinə yetirdik, ən vacib olan budu. Əsas vəzifə dünya çempionatının qızıl medallarıdı. Bünun üçün yaxşı hazırlaşmalı və bütün səhvlərimizi təhlil etməliyik. Azərbaycanla həmin matç bizə düşünmək üçün çoxlu material verdi".
 

Xatırladaq ki, rusların qrupda yeganə xal itkisi millimizə 3:4 hesabıyla uduzduğu qarşılaşma olub. 

football24
26 Oktyabr 2020
25 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB