TOP 10

AFFA-dan AVRO-2020 ilə bağlı daha bir tender

Futbol
Tarix: 2020-02-11 19:33

AVRO-2020-nin Bakıda keçiriləcək 4 oyununda istifadə üçün tələb olunan avadanlıqların alınması ilə bağlı AFFA tender elan edib. Sport24.az xəbər verir ki, alınacaq avadanlıqlarla bağlı məlumatla aşağıdakı keçiddən istifadə edərək tanış ola bilərsiniz:
 

https://www.affa.az/files/19866/993/49/2/8_0/Avro+2020+tender+form.pdf


Təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni müvafiq qaydada dolduraraq AFFA-ya göndərməyiniz xahiş olunur.


“Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi" təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.

Tenderdə iştirak etmək istəyənlər qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi"ni, eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifi  qalib olduğu halda, tələb edilən malların 01.05.2020 tarixinədək təhvil veriləcəyinə dair zəmanət məktubunu 24.02.2020-ci il, saat 18:00-a qədər tender@affa.az elektron ünvanına göndərə bilər.


Əlavə suallarla bağlı tender@affa.az ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

CBCsport
06 Avqust 2020
05 Avqust 2020
B.eÇ.aÇC.aCŞB