TOP 10

Şeydayev Adebayorla bir sırada: "Moskvada Ramili başqa bir uğursuzluq gözləyirdi"

Futbol
Tarix: 2020-02-11 17:00

Rusiyanın Sportbox.ru saytı hələ də klubsuz olan məşhur futbolçuların siyahısını dərc edib. Sport24.az xəbər verir ki, tərtib oluna  "Top-10"da millimizin futbolçusu Ramil Şeydayev də yer alıb.

 

Rus həmkarlarımız keçən ay Moskva "Dinamo"sundan ayrılan 24 yaşlı hücumçu ilə bağlı yazarkən, "Zenit"in yetirməsinin karyrasının daha parlaq inkişafı üçün bütün imkanlarının olduğunu vurğulayıb: "AVRO-2013-ün qalibi, AVRO-2015-in finalçısı 17 və 19 yaşlılardan ibarət komandalarda erkən debüt etdi. Ramil medianın və xarici klubların diqqətini çəkdi. Rusiyada möhkəmlənməyi bacarmayıb "Trabzonspor", "Jilina", "Qarabağ"da oynadı və 2018/19 mövsümündə Rusiya Premyer Liqasına qayıtdı. "Krılya Sovetov"da 4 qol vurdu. Əvvəlcə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəvətini qəbul etdi və yığma üçün qol vurmağa başladı. Belə görünürdü ki, işlər məcrasına keçdi və "Dinamo" hücumçunu transfer etdi. Ancaq Moskvada onu başqa bir uğursuzluq gözləyirdi. Cari mövsümdə əvvəlcə oynadı, amma sonra ehtiyat oyunçular skamyasında oturdu. Yanvarın əvvəlində "Dinamo" Ramilə təzminat ödəmədən onunla müqaviləni birtərəfli pozdu. Məsələ məhkəməyə qədər çatdı".

 

Qeyd edək ki, Şeydayevlə kimi haqqında yazılan Avropanın klubsuz futbolçuları arasında Emmanuel Adebayor kimi məşhur da var. 

 

 

 

 

CBCsport
16 Fevral 2020
15 Fevral 2020
B.eÇ.aÇC.aCŞB