TOP 10

AİJF jurnalistləri “dəyirmi masa” ətrafına toplayır: “İdarə Heyətinin iclasında zaman və məkan müəyyənləşəcək”

Layihə
Tarix: 2020-02-11 16:29

Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) İdarə heyəti idman jurnalistləri ilə “dəyirmi masa” ətrafında görüş təşkil edəcək. Bu barədə Sport24.az-a məlumatı qurumun sədri Qabil Mehdiyev verib.

 

Həmsöhbətimiz tədbirin məkanının müəyyənləşmədiyini bildirdi: “Hələ ki, konkret tarix müəyyənləşdirməmişik. Görüş fevralın 20-26-sı aralığında baş tutacaq. Sabah İdarə Heyətinin iclası keçiriləcək. Həmin yığıncaqda konkret tarixi müəyyənləşdirəcəyik. “Dəyirmi masa”nın harada keçirilməsi ilə bağlı bir neçə variantımız var, hələ qərar verməmişik. Sabahkı iclasda bu məsələyə də nöqtə qoyulacaq”.

CBCsport
26 Fevral 2020
25 Fevral 2020
24 Fevral 2020
B.eÇ.aÇC.aCŞB