TOP 10

Millimizin üzvü həyat yoldaşını özü üçün şahzadə sayır: "Onun başına tac qoymuşam"

Basketbol
Tarix: 2017-06-22 15:28

Azərbaycan millisinin basketbolçusu Rolanda Əliyev Litva mətbuatına müsahibə verib. Sport24.az xəbər verir ki, millimizin üzvü müğənni Qoda Əliyeva ilə ailə münasibətlərindən danışıb: “Qoda mənim üçün şahzadədir və başına tac qoymuşam. Yeni-yeni münasibət qurarkən bəzi çətinliklərlə üzləşdim. Əgər qadın xoşbəxtdirsə, bütün ailə xoşbəxt olacaq. Çünki ailə qadından başlayır. Onunla qürur deyirəm. Qodanın müğənni olması bizim həyatımıza təsir etmir. Ailə mənim üçün prioritetdir. O, əvvəl çox ərköyün və şıltaq idi. Lakin zaman-zaman bu düzəlməyə başladı”.

Əliyev Qoda ilə tanışlığı haqqında fikirlərini bölüşüb: “Onunla restoranda tanış olmuşam. Üzbəüz masalarda oturub yemək yeyirdik. Bir gülüş bizim dostluğumuzun başlanğıcı oldu. Daha sonra bu dostluq sevgiyə çevirildi. Mənim üçün yoldaşım idealdır. Onu dəyişdirmək istəmirəm”.

Qeyd edək ki, cütlüyün iki övladı var.

22 Sentyabr 2018
21 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB