TOP 10

Robinyo: "Azərbaycan millisi yaxşı komandadı, bizə çatdı və səbrimiz partladı"

Futzal
Tarix: 2020-02-11 10:00

"Məncə, Azərbaycanla matçda səbrimiz çatmadı. Yaxşı komandadır və əvvəlcədən oyunun çətin olacağını bilirdik". Sport24.az xəbər verir ki, bu fikirləri Rusiyanın futzal yığmasının oyunçusu Robinyo bildirib.

 

Xorvatiyada keçirilən elit-raund mərhələsində yeganə məğlubiyyəti aldıqları yığmamızla matçı şərh edən rusların milliləşdirilən braziliyalı hücumçusunun fikrincə, hesabı bərabərləşdirdikləri zaman - 2:2 olan zamanı müəyyən bir məqam var idi: "Bax, burada səbr göstərmək lazım idi. Ola bilər ki, bəlkə daha praqmatik oynamalı idik. Çünki 2:2 hesabı da pis deyil. Bu, məğlubiyyətdən daha yaxşıdır. Bunadək yaxşı hərəkət edirdik, qol vəziyətləri yaradırdıq, amma bunları reallaşdırmaq yüksək səviyyədə deyildi. Və rəqib bizə çatanda, yəqin ki, səbrimiz partladı - təzyiqimizi artırdıq və bütövlükdə vəziyyətə nəzarəti zəiflədik. Azərbaycan daha bir qol vurdu və vəziyyət çox çətinləşdi".

 

Xatırladaq ki, millimizə 3:4 hesabıyla uduzan ruslar qrup qalibi kimi dünya çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanıb. 

 

CBCsport
04 Iyul 2020
03 Iyul 2020
B.eÇ.aÇC.aCŞB