TOP 10

Yunuszadə Şehiçin vasitəçiliyini təkzib etdi, Özatın onunla necə maraqlanmasından söz açdı: "Asiyadan da təklifim vardı, Belarusdan da"

Futbol
Tarix: 2020-02-10 20:00

Qış fasiləsində "Səbail"dən gedəndən sonra bir müddət komandasız qalan futbolçu Elvin Yunuszadə nəhayət, özünə yeni iş yeri tapıb. Təcrübəli müdafiəçi Sport24.az-a müsahibəsində Bosniya və Herseqovianın "Çelik" klubuna keçidi barədə danışıb: “Etiraf edirəm, dəvət gözlənilməz oldu. Baş məşqçi Ümit Ozat mənə zəng vurdu və komandasında görmək istədiyini dedi. Möhkəmlənmək, yaxşı oyun təcrübəsi qazanmaq və artıq yayda daha güclü bir kluba keçmək istəyirəm. Hələ ki burada hər şey məni qane edir".


Yunuszadə bir vaxtlar "Qarabağ"ın şərəfini qoruyurdu. Elvinin keçmiş komanda yoldaşı İbrahim Şehiçin bu keçiddə vasitəçilik etməsi barədə mətbuatda məlumatlar var idi: “Bu həqiqətəuyğun deyil. Dünən də belə bir məlumatla tanış oldum. Şehiçin bu keçidlə heç bir əlaqəsi yoxdu. Onunla bu mövzuda söhbətimiz də olmayıb. Bəlkə o, indi Bosniyada olduğumu da bilmir. Bəli, biz dostuq, amma onun bu transferdə rolu olmadı".

 

Maraqlıdı, niyə Ozat Yunuszadəni dəvət etmək qərarına gəldi? Futbolçunu dinləyək: "Əminliklə deyə bilərəm ki, heç vaxt onunla şəxsən tanış deyildik. Bildiyimə görə, iştirakımla bir neçə matçı izləyib, həm də Bakıda burdakı iki tanışından haqqımda soruşub. Bundan sonra məşqçi mənimlə əlaqə qurdu və söhbət baş tutdu. Keçidimdə Ozat böyük rol oynadı. Bir neçə təklifim var idi ki, onlardan biri Asiyadan idi. Ancaq özüm də qitəni dəyişdirmək istəmirdim. Digər bir təklif Belarusun "Jodino" klubundan gəldi. Ancaq seçimimdə həlledici rolu Ümit Ozat komandanın başında olması idi".
 

Elvinin sözlərinə görə, onu yeni klubunda gözləniləndən daha yaxşı qarşılayıblar: "Həm rəhbərlik, həm də yeni komanda yoldaşları məni isti qarşılandı. Komandanın 90 faizi müsəlmandı. Buna görə də heç bir problem yaşamıram. 10-12 oyunçu göndərdilər, eyni sayda cəlb etdilər. Yeni komanda qurulur. Türkiyə Super Liqasından futbolçular cəlb olunub - "Qalatasaray"dan iki, "Rizəspor"dan bir oyunçu. Komandanın məqsədi mümkün qədər yüksək səviyyəyə qalxmaqdı. Komandada rəqabət yüksəkdi. Baş məşqçi mənə inanır. Yalnız mənim mövqeyimdə Türkiyə Super Liqasında oynamış iki stopper var. Əsas problem ondadır ki, 18 nəfərlik iştirak ərizəsində cəmi 4 legioner ola bilər. Buna baxmayaraq, gücümə inanıram".

CBCsport
26 Fevral 2020
25 Fevral 2020
24 Fevral 2020
B.eÇ.aÇC.aCŞB