TOP 10

Ceyhun Sultanov: "Petrovla iki səbəbdən vidalaşdıq"

Futbol
Tarix: 2020-02-09 20:02

"Məni hər şey qane edirdi. Ancaq son anda bilmirəm niyə, "Neftçi" rəhbərliyi mənimlə əməkdaşlığı dayandırmaq istədi. Müqavilənin ləğvi barədə qarşılıqlı razılığa gəldik". Sport24.az xəbər verir ki, bunu Footboom.com/ukrainian-a verdiyi müsahibədə "Neftçi"nin ukraynalı sabiq legioneri Kiril Petrov deyib. 

 

Hazırda Ukraynanın "Kolos" klubunda çıxış edən bu 30 yaşlı müdafiəçiylə "Neftçi" müqaviləsinə qış fasiləsində qarşılıqlı razılıqla xitam verdi. Petrov 2017-ci ildən çıxış etdiyi Bakı komandasının aparıcı oyunçularından biri idi. “Neftçi"nin idman direktoru Ceyhun Sultanov bizimlə söhbətdə Petrovla yollarını ayırmalarını şərh edib: “Onunla iki səbəbə görə müqaviləyə xitam verilməsi qərara alındı. Kirilin bir sıra ailə problemləri var idi. Digər tərəfdən, klub rəhbərliyi müdafiənin mərkəzindəki üç legioneri lazımsız hesab etdi. Petrovla müqaviləsi yayda başa çatırdı. Hücumameylli yarımmüdafiəçiyə ehtiyacımız var idi və bunun üçün maddi vəsait yox idi. Petrova qarşılıqlı razılaşma ilə vaxtından əvvəl vidalaşmağı təklif etdik. Buna görə də ukraynalı müdafiəçi ilə anlaşmanı pozmaq qərarı verildi". (Football24.az)

CBCsport
26 Fevral 2020
25 Fevral 2020
24 Fevral 2020
B.eÇ.aÇC.aCŞB