TOP 10

Azərbaycan boksçularından beynəlxalq turnirdə 8 medal

Boks
Tarix: 2020-02-09 21:00

Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində yeniyetmə boksçular arasında beynəlxalq turnir keçirilib. Sport24.az xəbər verir ki, yarışda ev sahibləri ilə yanaşı, Azərbaycan, Özbəkistan, Monqolustan və Qırğızıstan yığmaları qüvvələrini sınayıblar.
 

Turnirə baş məşqçi Vaqif Kazımovun rəhbərliyi altında 12 boksçu ilə qatılan milli komandamız 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.


Yığmamızın heyətində Kamil Babayev (52 kq), Zaur Qəhrəmanov (57 kq) və Murad Məhərrəmov (75 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Onlardan fərqli, finalda məğlub olan Tural Sarıyev (50 kq) ikinci yeri tutub.


Digər boksçularımızdan Elgün Babayev (48 kq), Taci Tağızadə (57 kq), Rza Rzazadə (70 kq) və Nicat Qurbanov (66 kq) bürünc medalla kifayətləniblər.


Təmsilçilərimizdən çempion tituluna yiyələnən Zaur Qəhrəmanov daha bir nominasiyada mükafatlandırılıb. Astara boks məktəbinin yetirməsi turnirin ən texnikalı boksçusu seçilib.
 

CBCsport
28 Mart 2020
27 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL