TOP 10

Füzuli Məmmədov qapıdakı dəyişikliyə izah verdi: “Qarşıdakı oyunlarda onları sevindirəcəyik”

Futbol
Tarix: 2020-02-08 22:08

“Bilirdik ki, necə komandaya qarşı oynayacağıq. Rəqibin gücündən danışmağa ehtiyac yoxdur. Güclü komandadır”. Sport24.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının XVI turunda “Qarabağ”la keçirilən oyunla bağlı danışarkən deyib.


Qolsuz bərabərliklə başa çatan Azərbaycan derbisindən sonrakı mətbuat konfransında Məmmədov qarşılaşmanı dəyərləndirib: 

“Oyuna ciddi hazırlaşmışdıq. Qalib gəlmək istəyirdik. Azarkeşlər bizdən hər zaman bunu gözləyirlər. Heyf ki, alınmadı. Azarkeşlərimiz hər zaman qələbəyə layiqdirlər. Sabah “Forza Neftçi”nin ad günüdür. İnanıram ki, qarşıdakı oyunlarda onları sevindirəcəyik”.


- Qapı xəttindəki dəyişiklik nə ilə bağlı idi?
- Bizim iki təcrübəli qapıçımız var, hər ikisinə güvənməliyik. Aqil Türkiyədəki toplanış zamanı da özünü yaxşı tərəfdən göstərmişdik. Sadəcə, seçimimizi bu gün belə etdik.


- İlk hissədə Monrozu 2 dəfə məşq etməyə göndərdiniz. Darionu əvəz etmək istəyirdiniz?
- Dario taktiki gediş var idi ki, onu başa düşmürdü. Amma getdikcə vəziyyəti düzəltdi.


- Qol üçün nə çatmadı?
- Qol vurmaq istəyirdik. Namiqin epizodunda bir az dəqiqlik çatmadı. Üstəlik, “Qarabağ”ın müdafiəçiləri də çox yaxşı oynadı.


- Bu heyətlə çempion ola bilərsiniz?
- Bu, futboldu. Futbolçularla aramızda uyğunlaşma önəmlidir. Zamanla bu məsələni daha yaxşı düzəldəcəyik.

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
07 Aprel 2020
06 Aprel 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL