TOP 10

Fariz Nəcəfov yeni sponsorlardan cavab gözləyir: "Bu, bizə ümid verir ki, artıq növbəti oyunlarda qələbələrimiz gəlməyə başlayacaq"

Futbol
Tarix: 2020-02-08 15:00

Premyer Liqamızda qış fasiləsindən sonra hələ ki xal qazanmayan yeganə komanda "Qəbələ"di. Azərbaycan Kubokunun son qalibi evdə "Keşlə"yə 1:2, səfərdə "Sabah"a 2:3 hesabıyla uduzdu. Əyalət klubunun prezidenti Fariz Nəsəfov Masazırda hesabat turunun açılış matçından sonra Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb. 

 

- "Qəbələ" qış fasiləsindən sonra hər 2 turda meydanı məğlub tərk edir. Bunu nəylə əlaqələndirirsiniz?

- Hər iki matçda yaxşı oynamışdıq. Xüsusilə son görüşü qeyd eləmək istəyirəm. Nəticə xeyrimizə olmasa da, çox yaxşı futbol oynadıq. Bu, bizə ümid verir ki, artıq növbəti oyunlarda qələbələrimiz gəlməyə başlayacaq. 

 

- Sizcə, Antalya təlim-məşq toplanışınız nə dərəcədə yaxşı keçdi?

- Bu barədə baş məşqçimiz Elmar Baxşıyevin dediklərini təkrarlaya bilərəm ki, lazım olan səviyyədə keçib. Özüm təlim-məşq toplanışında iştirak eləməmişəm. Elmar müəllimin dedikləri kimi, hazırlıq baxımında hər şey qaydasındadı.

 

- Yeni transferlərə necə qiymət verərdiniz?

- "Sabah"a qarşı oyunları xoşuma gəldi. Yavaş-yavaş adaptasiya olmalıdırlar. Ynei transferlərimizdən uğurlu oyunlar gözləyirəm. 

 

- Sizcə, "Qəbələ" çempionatda hansı yerə iddia edə bilər?

- Belə yanaşmaq istəmirəm. Hər oyuna qələbə üçün çıxırıq. Komanda çempionata uğursuz başlamışdı. Ancaq hər turdan-tura daha yaxşı oynadığımızın şahid oluruq. Bu, məni daha çox sevindirir ki, akademiyamızın uşaqları inkişaf edirlər.

 

- Titul sonsorumuz "Milla" oldu. Bu şirkətlə əməkdaşlıq necə yarandı? Və başqa yeni sponsorlar gözlənilir?

- Əvvəl də demişdim ki, danışıqlar aparırıq. Yenə də aparırıq. Demək olar hər gün bununla bağlı ofis daxilində də, sponsorların özləriylə də danışıqlar gedir. Yenə də sponsorlar var, Onlardan şərtləri razılaşdırmaqla bağlı cavab gözləyirik.

CBCsport
26 Fevral 2020
25 Fevral 2020
24 Fevral 2020
B.eÇ.aÇC.aCŞB