TOP 10

Azərbaycan derbisində qalib müəyyənləşmədi

Futbol
Tarix: 2020-02-08 21:50

Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura yekun vurulub. Sport24.az xəbər verir ki, sonuncu oyun günündə də 2 qarşılaşma baş tutub.


Əvvəlcə “Sumqayıt” “Zirə”ni qəbul edib. Üç qolun, iki qırmızı vərəqənin qeydə alındığı bu matç meydan sahiblərinin qələbəsiylə başa çatıb.


Turun mərkəzi görüşü Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Lider “Qarabağ” 8 xal üstün olduğu “Neftçi” ilə münasibətlərinə aydınlıq gətirib. Azərbaycan derbisində qalib müəyyənləşməyib.


Xatırladaq ki, ilk oyun günündə “Sabah” “Qəbələ” 3:2 hesabıyla qalib gəlibsə, “Keşlə” evdə “Səbail” 0:1 uduzub.


Azərbaycan Premyer Liqası
16-cı tur

8 fevral


Sumqayıt – Zirə 2:1 
Qol: E.Cəfərquliyev, 13. X.Nəcəfov, 66 - A.Ramazanov, 35.
Qırmızı vərəqə: İ.Muradov, 36 (2-ci sarı). A.Ramazanov, 68 (birbaşa)
Hakimlər: Orxan Məmmədov, Pərvin Talıbov, Nahid Əliyev, Namiq Bəkirov.
Sumqayıt şəhər stadionu, 17:30.

 

Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 46. Aleksey İsayev, 22. Sərtan Taşqın, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 5. Camaladdin Xocaniyazov, 18. Süleyman Əhmədov, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 33. Ələkbər Ağayev, 2. Rail Məlikov, 14. Elvin Bədəlov, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 70. Mehdi Şərifi, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev
Baş məşqçi: Ayxan Abbasov
Zirə: 28. Boyan Zoqoviç, 8. İlkin Muradov, 88. Tellur Mütəllimov, 7. Cavid Hüseynov (k), 10. Ağabala Ramazanov, 27. Adrian Skarlatake, 43. Riçard Qadze, 3. Ali Sisey, 18. Corc Anton, 11. Davit Volkov, 55. Rauf Hüseynli
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 62. Abdulla Seyidəhmədov, 33. Yovan Krneta, 23. Mfo Kqasvane, 48. Şafik Tiqrudja, 25. Miloş Bakraç, 6. Alvaro Ampuero, 20. Əli Şirinov, 70. Nicat Süleymanov
Baş məşqçi: Zaur Həşimov


Qarabağ – Neftçi - 0:0
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Elşad Abdullayev, Səbuhi Bayramov.
Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00.

 

"Qarabağ”: 12. Şahruddin Məhəmmədəliyev 5. Maksim Medvedev 2. Qara Qarayev 14. Rəşad Sadıqov (k) 55. Bədavi Hüseynov 11. Mahir Emreli 8. Markos Madera 17. Abdullah Zubir 9. Xayme Romero 3. Ailton Silva 18. İsmayıl İbrahimli

Ehtiyat oyunçular: 13. Vaqner da Silva 94. Nicat Mehbalıyev 30. Abbas Hüseynov 7. Araz Abdullayev 19. Filip Ozobiç 99. Maqaye Qeye 23. Faysal Rerras 27. Kvabena Ovusu 21. Hacıağa Hacılı 66. Cavid Bayramov 24. Nihad Tamazov 71. Toral Bayramov
 

Baş məşqçi: Qurban Qurbanov
 

“Neftçi”: 30. Aqil Məmmədov 7. Namiq Ələsgərov 8. Emin Mahmudov (k) 10. Dario Frederiko 9. Baqali Dabo 3. Mamadu Mbodj 36. Mamadu Kane 77. Donald Qerye 88. Saman Nərimancahan 5. Anton Krivotsyuk 26. Ömər Buludov

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev 12. Kamran İbrahimov 17. Rəhman Hacıyev 18. Tural Axundov 22. Mirabdulla Abbasov 93. Soni Mustivar 11. Evangelos Platellas 28. Stiven Monroz 55. İbrahim Əliyev 33. Turan Vəlizadə 80. İsmayıl Zülfüqarlı 40. Vüqar Həsənov

Baş məşqçi: Füzuli Məmmədov

CBCsport
16 Fevral 2020
15 Fevral 2020
B.eÇ.aÇC.aCŞB