TOP 10

“Qəbələ” “Sabah”a, “Keşlə” “Səbail”ə məğlub oldu

Futbol
Tarix: 2020-02-07 22:53

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 16-cı tura start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib.


Turun açılış matçında “Sabah” doğma azarkeşləri qarşısında “Qəbələ”ni qəbul edib. Kifayət qədər məhsuldar alınan bu qarşılaşmada hesabı qonaqlar açsa da, sonda qələbəni meydan sahibləri bayram ediblər.


Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Keşlə” isə autsayder “Səbail”i sınağa çəkib. Bu görüşdə isə meydan sahibləri minimal hesabla məğlub olublar.


Azərbaycan Premyer Liqası
16-cı tur

7 fevral


Sabah – Qəbələ - 3:2
Qol: M.Deviç, 19, M.Marina, 22. E.Şahverdiyev, 64-öz qapısına - Ü.İsgəndərov, 5. N.Raysel, 90+1-pen.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Vüqar Həsənli.
“Bank Respublika Arena”, 19:00.


Sabah: 1. Saşa Stamenkoviç, 27. Məqsəd İsayev, 10. Cavid İmamverdiyev, 19. Təmkin Xəlilzadə, 4. Bəhlul Mustafazadə (k), 13. Filip İvanoviç, 9. Marko Deviç, 30. Mario Marina, 20. Yevgeni Koçuk, 18. Xulio Sezar Rodriqes, 26. Ozan Can Kökcü
Ehtiyat oyunçular: 71. Dmitro Bezruk, 5. Kərim Diniyev, 6. Vadim Abdullayev, 32. Rəşad Eyyubov, 7. Coşqun Diniyev, 77. Cavid Tağıyev, 17. Məhəmməd Mirzəbəyov, 23. Amadu Diallo, 11. Şakir Seyidov, 2. Elçin Mustafayev
Baş məşqçi: Jelko Sopiç
Qəbələ: 94. Tərlan Əhmədli, 8. Qismət Alıyev, 11. Asif Məmmədov (k), 74. Yusif Nəbiyev, 14. Ülvi İsgəndərov, 3. İvitsa Juniç, 10. Klesio Bauk, 77. Merab Giqauri, 21. Fernan Lopez, 19. Rövlan Muradov, 2. Amin Seydiyev
Ehtiyat oyunçular: 33. Müşfiq Nadirov, 28. Murad Musayev, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 12. Abdelrafik Cerard, 32. Nikolas Raysel, 17. Yaovi Akakpo, 55. İdris İnqilablı, 27. Samir Məhərrəmli
Baş məşqçi: Elmar Baxşıyev


Keşlə – Səbail 0:1
Qol: H.Ekşteyn, 51-pen
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Nicat İsmayıllı
“ASK Arena”, 21:00.


Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 22. Əfran İsmayılov, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 5. Franko Flores, 10. Sezar Meza Kolli, 9. Lorenzo Frutos, 7. Tural Bayramlı
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 57. Əkpər Vəliyev, 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 6. Rəşad Sadiqov, 42. Aleksandr Kristovao, 30. Şahrux Qadoyev, 90. Orxan Fərəcov, 13. Pərviz Azadov, 97. Xəzər Mahmudov
Baş məşqçi: Tərlan Əhmədov
Səbail: 1. Aleksandr Rıbka, 7. Fəhmin Muradbəyli, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 34. Ürfan Abbasov, 55. Adil Nağıyev, 9. Mirsahib Abbasov, 10. Maykl Esyen, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarz, 19. Ruslan Hacıyev.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 88. Orxan Qurbanlı, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 3. Turan Manafov, 30. Murad Qayalı, 77. Ədilxan Qarəhmədov, 79. Əli Sadıxov.
Baş məşqçi: Aftandil Hacıyev.

CBCsport
12 Avqust 2020
11 Avqust 2020
B.eÇ.aÇC.aCŞB