TOP 10

Gənc cüdoçuların Bakı birinciliyinə start verildi

Cüdo
Tarix: 2020-02-06 21:43

Fevralın 6-da Hövsanda yerləşən FHN İdman Olimpiya Kompleksində gənclər arasında cüdo üzrə Bakı şəhər birinciliyinə start verilib. Sport24.az xəbər verir ki, iki gün davam edəcək paytaxt birinciliyində 25 klubdan 217 gənc cüdoçu (191 oğlan və 26 qız) medallar uğrunda mübarizə aparacaq.
 

Yarışın ilk günü qızlar arasında üç çəki dərəcəsində (44 kq, 52 kq, 63 kq) qaliblər müəyyənləşib.


Oğlanların mübarizəsində isə 55 kq, 66 kq, 81 kq və 100 kq çəki dərəcələrində yarışan cüdoçular medallar uğrunda mübarizə aparıb. 


Qalibləri sizə təqdim edirik:


-55 kq Cəlalov Sadiq
-66 kq Ələsgərli Nihad
-81 kq İmamverdiyev Məhərrəm
-100 kq Nəsirli Ruslan
Qızlar
-44 kq İbrahimova Əsma
-52 kq Məmmədova Mələkxanım
-63 kq Hüseynova Leyla

CBCsport
05 Iyun 2020
04 Iyun 2020
B.eÇ.aÇC.aCŞB