TOP 10

Super Liqanın oyunları təxirə salındı - seçkiyə görə

Basketbol
Tarix: 2020-02-06 18:44

Basketbol üzrə Azərbaycan Super Liqasında 16-cı turun oyunları təxirə salınıb. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 

Qeyd olunur ki, fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərlə bağlı AzTU-də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bununla əlaqədar Super Liqanın 16-cı turunun oyunları başqa vaxta təyin ediləcək.


Sözügedən turun oyunları fevralın 7 və 8-də keçirilməli idi. Çempionatın görüşləri məhz Texniki Universitetin idman zalında təşkil olunur.


15 turdan sonra turnir cədvəlindəki vəziyyət belədi:

 
1. Zirvə Astara - 28 xal
2. Atom - 26
3. Sərkərdə - 23
4. Xırdalan - 22
5. Gəncə - 22
6. Atletik Baku - 21
7. Sıçrayış - 21
8. 80-lər - 14

CBCsport
06 Iyul 2020
05 Iyul 2020
B.eÇ.aÇC.aCŞB