TOP 10

Çexiya azərbaycanlı futbolçunu alqışlayır - 4-cü qol və yeni klubda kapitanlıq sarğısı

Futbol
Tarix: 2020-02-05 23:34

Çexiyanın “Viktoriya Jijkov” klubu növbəti yoxlama oyununu keçirib. Sport24.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının futbolçusu Fərid Nəbiyev yenidən bu komandanın heyətində ustalığını nümayiş etdirib. 

 

Belə ki, gənc yarımmüdafiəçimiz növbəti qolunu Çexiyanın digər təmsilçisi "Beneşov"a vurub. Fərid ikinsi hissədə meydana çıxaraq matçda son qolun müəllifi olub. 87-ci dəqiqədə fərqlənən Nəbiyev komandasının hesabdakı üstünlüyünü artırıb - 3:1. 

 


Bu, Fəridin yanvarın ortalarında qoşulduğu Jijkov təmsilçisndə 4-cü qolu olub. Daha əvvəl həmyerlimiz komandasının 7:1 hesabı ilə qalib gəldiyi Çexiya yüksək liqa təmsilçisi "Budejovice" ilə görüşdə het-triklə yadda qalıb. 

 

Maraqlıdır ki, Nəbiyev qısa müddətdə baş məşqçisinin tam etimadını qazana bilib. Fotodan da göründüyü kimi, azərbaycanlı futbolçunun qolunda kapitanıq sarğısı var. "Viktoriya Jijkov"un baş məşqçisi vitse-kapitanlıq vəzifəsini Fəridə həvalə edib.

 

Əlavə edək ki, fevralın 8-də Nəbiyevin komandası Çexiyanın yüksək divizion təmsilçisi "Teplitse" ilə görüşəcək.
 

CBCsport
16 Fevral 2020
15 Fevral 2020
B.eÇ.aÇC.aCŞB