TOP 10

Emin Mahmudov əsl həqiqəti açıqladı: "Neftçi"nin birbaşa rəqibi ilə qarşıdakı duel ərəfəsində əlaqə qurduğumu necə təsəvvür edirsiniz?"

Futbol
Tarix: 2020-02-05 19:32

Bu gün mətbuatda "Neftçi"nin kapitanı Emin Mahmudovun menecerlər vasitəsi ilə "Qarabağ"a keçməklə bağlı bu klubun rəhbərliyinə müraciət etməsi barədə məlumatlar yayılıb. Sport24.az əsl vəziyyəti öyrənmək üçün Mahmudovla əlaqə saxlayıb.

 

"Ağ-qaralar"ın kapitanı qəzəbini açıq şəkildə bildirib: "Neftçi"nin birbaşa rəqibi ilə qarşıdakı duel ərəfəsində əlaqə qurduğumu necə təsəvvür edirsiniz? Bu, tamamilə cəfəngiyatdı! Heç bir menecerə müraciət etməmişəm. "Neftçi" ilə qüvvədə olan müqaviləm var, bu komandanın kapitanıyam və bütün düşüncələrim bu klubla bağlıdı. Müqaviləm bu mövsümün sonunda başa çatır və yalnız bundan sonra gələcək karyeram barədə düşünəcəm. Ola bilər ki, kimsə komanda ilə azarkeşlər arasında düşmənçilik toxumu səpmək istəyib. Bu təmiz dezinformasiyaya başqa izah verə bilmərəm". 

 

Xatırladaq ki, 28 yaşlı Mahmudov 2017-ci ildən "Neftçi"də çıxış edir. 
 

CBCsport
05 Aprel 2020
04 Aprel 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL