TOP 10

Azərbaycan yığmaları mövqeyini qorudu

Voleybol
Tarix: 2020-02-03 22:21

Beynəlxalq Voleybol Federasiyası (FİVB) milli komandaların reytinq siyahısı açıqlayıb. Sport24.az xəbər verir ki, Azərbaycan yığmaları da bu siyahıda yer alıb.


Qadınlardan ibarət millimiz dünyanın 22-ci komandası olaraq ötənilki mövqeyini qoruyub. Yığmamızın hesabında 33 xal var.


Çin millisi 320 xalla siyahıya başçılıq edir. ABŞ 266 xalla 2-ci, Serbiya 252 xalla 3-cüdü.


Kişilərdən ibarət Azərbaycan yığmasının isə cəmi 7 xalı var. Komandamız dünyada 65-cidi. Voleybolçularımız ötənilki mövqeyini qoruya bilib.


Cədvəlin ilk üç pilləsində Braziliya (335), ABŞ (280) və Polşa (272) qərarlaşıb.

CBCsport
04 Iyun 2020
03 Iyun 2020
B.eÇ.aÇC.aCŞB